8 may tarixində “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalib layihələri ilə Amerika səfəri öncəsi görüş keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki,Təhsil İnstitutunun direktor müavini və müsabiqə direktoru Fuad Qarayev görüş zamanı məktəblilərimizə öz tövsiyələrini bildirərək, uğurlar arzu edib.
 
Qeyd edək ki, məktəblilərimiz 11-17 may tarixlərində Amerika Birləşmiş Ştatlarında keçiriləcək sərgidə ölkəmizi 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə dəyərləndirilən 5 elmi-tədqiqat layihəsi ilə təmsil edəcəklər.
 
ISEF-ə seçim turu olan “Sabahın alimləri” Respublika müsabiqəsi ölkəmizdə elmi tədqiqat işinə meyilli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması üçün 2012-ci ildən etibarən keçirilir.