Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeliyində olan 45 ümumi təhsil müəssisəsində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, növbəti monitorinq Bakı şəhəri 75 və 300 nömrəli tam orta məktəblərdə keçirilib. Monitorinqin məqsədi metodistlərin fəaliyyətlərinin effektivliyinin ölçülməsi, onların bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə metodistlərə metodiki dəstəyin göstərilməsi olub.
 
 
Qeyd edək ki, hazırda metodiki xidmətin təşkili üzrə metodistlərin fəaliyyətlərinin monitorinqi 45 ümumi təhsil müəssisəsinə daxil olan digər məktəblərdə də davam etdirilir.