Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar tələbələr arasında "Azərbaycanın qara qızılı-neft" mövzusunda viktorina təşkil olunub.
 
Bu barədə “Azərbaycan müəllimi”nə NDU-dan məlumat verilib. 
 
3 komandanın iştirakı ilə keçirilən yarışda qalib komandalar diplomlarla təltif edilib.