Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə intellektual fərdi yarış keçirilib.


Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ali təhsil müəssisəsində mütəmadi olaraq keçirilən bu cür yarışların ümumi məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, bu sahədə bilikli tələbələri aşkarlayıb onların fərdi inkişafına köməklik göstərməkdir.

 

Fərdi sual-cavab formasında keçirilən yarışda universitetin iqtisadiyyat və idarəetmə, pedaqoji və xarici dillər fakültələrindən 60 tələbə iştirak edib.


İştirakçılar  20 sualı düzgün cavablandırmaq uğrunda mübarizə aparıblar.

 

Yarışmanın nəticələrinə görə iqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Hacızadə Şəmil və xarici dillər fakültəsinin birinci kurs tələbəsi Cəfərova Lalə 1-ci yerə layiq görülüblər. Qalib tələbələr hədiyyə ilə mükafatlandırılıblar