“Beynəlxalq Jurnalistika Məktəbi”nin növbəti təlimi keçirilib. Layihənin budəfəki görüşü “Müasir TV jurnalistikasında xəbər standartları” mövzusunda baş tutub. Layihə rəhbərlərindən olan, jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev təlimçi, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Murat Akkoça Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tarixi, inkişafı və müasir durumu  ilə  bağlı məlumat verərək görüşü  açıq  elan  edib.  Daha sonra M.Akkoç TRT-nin formalaşması, onun Türkiyə televiziya məkanında yeri və rolu, bugünkü  vəziyyəti,  yenilikləri  ilə bağlı  iştirakçılara bilgi verib. TRT-nin müxtəlif qurumlarının fəaliyyətindən danışan təlimçi tələbələrlə TV jurnalistikası, onun əsasları və xəbərlər-verilişlərin standartları haqqında da söhbət edib.  O,  həmçinin  iştirakçılarla öz təcrübəsini və Türkiyədəki  yeni medianın özəlliklərini bölüşüb.