“İstedad sorağında-3” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Bakı Xətai Sənət Mərkəzində “İstedad sorağında-3” adlı rəsm müsabiqəsinin yekun sərgisi keçirilib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçirilən sərgi istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yetişməkdə olan nəslin təsviri sənətə olan marağının artırılması məqsədi daşıyıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən sərgidə 16-29 yaş arası gənclərin, 250-dək rəssamın 400-dən çox əsəri yer alıb. Yekun sərgidə isə 60-a yaxın iştirakçının 70-dən çox sənət əsəri nümayiş olunub.

 

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov və Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov müsabiqənin əhəmiyyətindənsöz açıb, sərgidə nümayiş olunan əsərlərin məna və məzmun baxımından mükəmməl  olduğunu bildiriblər.  

 

Sonda qaliblər mükafatlandırlıb.

 

Sifai SƏFƏROVA



17.05.2018 | 17:49