“Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Daşkəsən Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  birgə təşkiltatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş  “Müstəqilliyimiz əbədidir” mövzusunda şagirdlər arasında inşa yazı müsabiqəsi keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mikayıl Mikayıllının  verdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubliyenin qeyd olunması, məktəblilər arasında vətənə, milli adət-ənənələrə, xalqın tarixinə və dövlət rəmzlərinə hörmət hissinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

 

VII, VIII, IX, X və XI sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsində I, II və III yeri tutmuş şagirdlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər və İdman İdarəsi tərəfindən diplom ilə təltif olunacaq.

 

Şakir CƏFƏROV

 



17.05.2018 | 18:31