Yeni layihənin təqdimatı olub

“Naxçıvan” Universiteti Bakı Biznes Universitetinin koordinatoru olduğu yeni bir layihənin icrasına başlayıb. Bununla bağlı Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və əməkdaşı Gülşən Bayramova “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsini universitet əməkdaşlarına təqdim ediblər.

 

Tədbiri universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq qonaqları salamlayıb, yeni layihənin hər iki universitet üçün uğurlu olacağına əminliyini bildirib.   

 

Gülşən Bayramova layihənin məqsədi haqqında danışıb. Bildirib ki, layihənin məqsədi Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və təhsil müəssisələrində keyfiyyətə nəzarət işinin daha səmərəli təşkil edilməsindən ibarətdir. Təqdim olunan layihə Avropa İttifaqı standartlarına uyğun olaraq , 11 Azərbaycan Universitetində Daxili Keyfiyyətin Təminatı və Tətbiqi ilə məşğul olan Azərbaycanda ilk geniş həcmli layihədir. Bu layihə tamamilə fərqli strateji yanaşma təklif edir. G.Bayramova onu da diqqətə çatdıb ki, layihə keyfiyyətə nəzarət innovativ təhsil təklif etməyi planlayan universitetlər üçün ən yaxşı vasitədir.

 

 



29.05.2018 | 18:11