UNEC tələbələri "Xocalısız 26 il" adlı tamaşa təqdim ediblər

Azərbaycan  Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının qurbanları anılıb.

Universitetdən verilən məlumata görə, anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı  Eldar Əzizov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası  Dağlıq Qarabağ  Bölgəsinin  Azərbaycanlı  İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, polkovnik Abdulla Qurbani, UNEC-in rektoru, professor  Ədalət Muradov, professor-müəllim və tələbə heyəti iştirak edib.    Öncə tədbir iştirakçıları  Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan xatirə ağacını ziyarət edib, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsindən bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvləri  “Xocalısız 26 il” tamaşasını təqdim ediblər.

 

Samirə KƏRİMOVA

 



26.02.2018 | 12:30