“Təhsil Liqası”na yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.

 

Azərbaycan Texniki Universitetin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə I yeri “Sıçrayış” Basketbol Klubunun, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM), III yeri “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin, U-15 liqası üzrə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Sıçrayış” Basketbol Klubunun, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası tutub.

 

U-13 liqasının "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” RİM-in 2 nömrəli RİOEUGİM-dən Nicat Nəsirov, "Ən məhsuldar oyunçu" nominasiyasına “Təhsil” RİM-in 9 nömrəli UGİM-dən Dmitriy Kurmaşin, U-15 liqasının "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” RİM-in 2 nömrəli RİOEUGİM-dən Fikrət Ələkbərov, "Ən məhsuldar oyunçu" nominasiyasına “Sıçrayış” Basketbol Klubundan Simar Bəkirov layiq görülüb.

 

Qaliblər diplom, kubok və medallarla təltif olunub.

 

Qeyd edək ki, 24 dekabr 2017-ci il tarixindən hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və basketbol klublarından 12 komanda qatılıb.

 

Liqaların keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarət olub.

 

 



12.06.2018 | 19:23