Züleyxa Abdullayeva İspaniyada keçiriləcək beynəlxalq müsabiqəyə hazırlaşır

Azərbaycan Milli Konservatoriyasi tərkibində   İncəsənət  gimnaziyasının  10-cu sinif  şagirdi  Züleyxa Abdullayeva martın 27-dən aprelin 2-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak edib. 7 nominasiya üzrə keçirilən müsabiqədə  gənc istedadımız  III  yeri qazanıb və  laureat adına layiq görülüb. O, müsabiqədə S. Prokofyevin "Montekki və kapuletti" və Q.Qarayevin  "İldırımlı yollarla" əsərlərini  ifa edib.

 

Z. Abdullayeva,  həmçinin, Türkiyədə keçirilən "Caspi Art Uluslarası Sanat Yarışması"nda video kayıt üzrə müsabiqəyə qatılıb və I yerə layiq görülüb. Bu müsabiqədə də dünya bəstəkarlarının əsərlərindən  parçaları  ifa edib və tamaşaçılarda  xoş ovqat yaradıb. Hazırda  Züleyxa Abdullayeva iyul ayında İspaniyanın Palma de Mayorka şəhərində keçiriləcək müsabiqəyə  hazırlaşır. Bu müsabiqədə də  o, İ..S.Baxın "Prelüd və Fuqa H dur", L. Bethovenin  9 nömrəli sonatasını,  Q.Qarayevin  "İldırımlı yollarla" əsərini ifa edəcək.

                                             

Sifai SƏFƏROVA

 



13.06.2018 | 18:06