ADNSU-da “AzerGold”un nümayəndələri ilə görüş keçirilib

Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri ilə görüş keçirilib.

 

Tədbirdə “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin müdir müavini Ceyhun Əliyev və şöbənin sektor müdiri Müşviq Əmircanov iştirak ediblər. Əvvəlcə tələbələrə şirkət barədə qısa məlumat verilib. Sonra “AzerGold”un nümayəndələri şirkətlərdə işə qəbul prosesi, müsahibəyə hazırlıq, CV və onun yazılma qaydaları haqqında təqdimat ediblər.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



28.02.2018 | 12:00