Nobel sülh mükafatına 329 nəfərin namizədliyi irəli sürülüb

2018-ci il  üzrə Nobel  sülh mükafatına 329 nəfərin namizədliyi irəli sürülüb.  Bu barədə  Nobel Mükafatları Komitəsinin saytı (www.nobelpriz.com) xəbər yayıb. Sülh mükafatına iddialılar  arasında 217 ictimai xadim və 112 təşkilatın adları yer alıb.  Cari ilin payızında, qaliblərin adlarının elan olunacağı vaxta qədər namizədlərin sayı 20 faiz azala bilər.    

   

Qeyd edək ki,  çoxillik ənənəyə əsasən, iddiaçıların siyahısı açıqlanmır, bütün namizədlərin adları yalnız 50 il keçəndən sonra məlum olacaq. Məhz bu tarix ərzində  siyahılar məxfi saxlanılır. Alfred Nobelin vəsiyyətinə əsasən, mükafat dekabrın 10-da Nobelin ildönümü günündə Osloda sahibinə təqdim  olunur,  qərar  isə  5 ekspertdən təşkil olunmuş, Norveç parlamentinin təyin etdiyi  komissiya  tərəfindən qəbul edilir. A.Nobelin iradəsinə uyğun olaraq,  sülh üzrə mükafat xalqların dostluğuna xidmət edən, hərbi qarşıdurmaları aradan qaldıra bilən, sülhpərvər qüvvələrin ünsiyyət və dialoqunu təşkil edən fəaliyyətlə məşğul olan şəxslərə və ya ictimai təşkilatlara verilir.
  

2017-ci ildə Nobel sülh mükafatına  nüvə silahının qadağası üzrə beynəlxalq kampaniya (ICAN)  layiq görülüb.  Ötən il mükafata  318 namizəd  iddia edib, onlardan  215-i fiziki şəxs  və 103-ü ictimai təşkilat olub.

 

Oruc MUSTAFAYEV

 



28.02.2018 | 15:00