“İcmalar üçün ingilis dili”

Təhsil Nazirliyi və BP tərəfindən həyata keçirilən “British Council” “İcmalar üçün ingilis dili” layihəsinin yekunu olaraq layihədə iştirak etmiş müəllimlərlə görüş keçirilib. “British Council” əməkdaşlarının iştirakı ilə keçirilən  görüşdə müəllimlərin ingilis dili və metodiki bacarıqları üzrə test nəticələri müzakirə olunub.

 

Görüş zamanı qeyd edilib ki,  layihədə  15 müəllim, 3 məktəb direktoru və icma üzvləri iştirak edib. Daha sonra keçirilmiş təlimlər və aparılmış test yoxlamalarının nəticələri ilə bağlı müzakirələr aparılıb.

 

Görüşün sonunda “İcmalar üçün ingilis dili” layihəsində iştirak etmiş şəxslər “British Council” tərəfindən sertifikatla mükafatlandırılıb.

 

Nurəddin BABAYEV,

Samux Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



08.07.2018 | 10:31