Tanınmış fransalı jurnalist UFAZ-da olub

Fransanın Azərbaycandakı səfirliyinin dəvəti ilə Bakıda səfərdə olan tanınmış fransalı jurnalist Alain Roumestand Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız universitetində (UFAZ) olub.

 

Əvvəlcə qonağı UFAZ-ın binası, auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış edən UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov universitetdə aparılan təhsil ilə bağlı ətraflı məlumat verib. Daha sonra A.Roumestand UFAZ-ın baş katibi Şarlot Payen ilə "Azərbaycan cəmiyyətində qadınlar" mövzusunda söhbət edib.

 



11.07.2018 | 10:27