“Təhsil” Respublika İdman Mərkəzinin yetirməsi ölkə çempionu olub

18-27 fevral tarixlərində şahmat üzrə qadınlar  arasında Azərbaycan  çempionatı keçirilib. "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçısı Xanım Balacayeva 6,5 xal toplayaraq çempionatın qalibi olub.

 

Çempionatda Xanım Balacayeva eyni zamanda “Beynəlxalq Usta” normasını yerinə yetirib və ilk qrossmeyster balını toplayıb.

 

Xanım Balacayeva dəfələrlə respublika və beynəlxalq yarışların qalibi,  mükafatçısı olub.

 

 

 



01.03.2018 | 17:30