Fərqlənmə attestatları verilib

İmişli rayonu ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirən məzunlara fərqlənmə attestatları təqdim olunub.

 

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə,  bu məqsədlə  keçirilən tədbirdə şöbənin müdiri Ramiz Əmirov, məktəb rəhbərləri, fərqlənən məzunlar və onların valideynləri iştirak ediblər.

 

R.Əmirov  fərqlənən məzunları və onların valideynlərini təbrik edib.  Onlara müstəqil Azərbaycanın layiqli vətəndaşı olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

 

Qeyd olunub ki,  rayonun ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 1134, tam orta təhsil səviyyəsi üzrə isə 999 nəfər bitirib. O cümlədən, ümumi və tam orta təhsil səviyyələrinin hər biri üzrə 4 nəfər fərqlənmə attestatı alıb. 

 

Şakir CƏFƏROV

 



29.07.2018 | 10:37