Sumqayıt gənclərinin növbəti turu

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə Sumqayıt gənclərinin “Yay məktəbi” çərçivəsində növbəti turu baş tutub. Quba rayonunda keçirilən “Yay məktəbi”ndə Sumqayıt Texniki və Musiqi kolleclərinin tələbələri, Sumqayıt Gənclər Evinin, Gənclər Klubunun və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının gənclər birliyinin fəal üzvləri və könüllüləri, “Azərikimya” İstehsalat Birliyinin maliyyə idarəsində və media qurumlarında çalışan gənclər iştirak ediblər.

 

Qeyd edək ki, “Yay məktəbi”nin iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Düşərgədə gənclər arasında intellektual, əyləncəli oyunlar keçirilib, təbiətlə tanışlıq turları təşkil olunub.

                                                       

Sifai SƏFƏROVA



29.07.2018 | 13:46