"UNEC-i tanı” layihəsi davam edir

Layihə çərçivəsində UNEC-ə abituriyentlərin səfəri davam edir. İxtisas seçimləri dövründə UNEC-də 400-dən artıq abituriyentlə görüş keçirilərək, onlara ixtisas seçimində dəstək göstərilib, universitet barədə ətraflı məlumat verilib.

 

Layihənin budəfəki iştirakçıları Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları olub. Liseyin II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentləri UNEC-in Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Anar Rzayevlə görüşüblər.

 

Görüş zamanı abituriyentlərə UNEC-in xüsusi təqaüd, xarici universitetlərlə ikili diplom, UDİD və beynəlxalq mübadilə proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, 600-dən yüksək bal toplayanlar UDİD proqramına 50% güzəştlə qoşulacaqlar. Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil almaq istədiklərini bildirən abituriyentlər UNEC-in tələbələri üçün yaratdığı imkanları maraqla qarşılayıblar. 



06.08.2018 | 12:00