6 ayda “Web of Science” bazasında 132 məqalə

Bu ilin ilk 6 ayı ərzində Bakı Dövlət Universitetinin (BDU) alimləri tərəfindən Clarivate Analytics (əvvəlki Tomson Reuters) informasiya agentliyinin bazasına daxil olan jurnallarda 132 məqalə çap etdirilib. Həmin müddət ərzində universitet alimləri tərəfindən çap etdirilmiş məqalələrə 854 dəfə (yalnız 2018-ci ildə çap edilmiş məqalələrə 26 dəfə) istinad olunub.

 

Qeyd edək ki, Clarivate Analytics agentliyinin rəsmi məlumatına əsasən ötən il Web of Science bazasına daxil olan nəşrlərdə BDU alimləri tərəfindən 243 məqalə çap etdirilib, bu məqalələrə 1249 dəfə ( yalnız 2017-ci ildə çap etdirilmiş məqalələrə 264 dəfə) istinad olunub.



06.08.2018 | 15:55