Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulunun nəticələri açıqlanıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

 

Bu il bakalavriatura üzrə 914, magistratura üzrə 6, orta-ixtisas təhsili üzrə 101 nəfərin sorğusuna müsbət cavab verilib.

 

Köçürülənlərdən 887 nəfəri yerli, 21 nəfəri isə xarici ali təhsil müəssisələrində təhsil alanlardır.

 

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

 



05.09.2018 | 17:23