Nobel mükafatı laureatlarının adları açıqlanacaq

Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən  hər il elmin ayrı -ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur.  Komitənin  rəsmi  www.nobelprize.org saytının məlumatına əsasən,  2018-ci ilin  Nobel mükafatı laureatları oktyabrın ilk günlərində  elan ediləcək. Məlumatda mükafat sahiblərinin adlarının açıqlanacağı günlərin anonsu verilib.  İlk olaraq oktyabrın 1-də fiziologiya və tibb üzrə Nobel mükafatı sahibinin adı açıqlanacaq.  Fizika üzrə laureatın adı oktyabrın 2-də, kimya üzrə namizədin adı oktyabrın 3-də    məlum olacaq.  Sülh üzrə namizədin adı oktyabrın 5-də açıqlanacaq. Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı  oktyabrın 8-də elan olunacaq. 

  

Nobel Mükafatları Komitəsinin məlumatında qeyd olunur ki, İsveç Elmlər Akademiyası bu il ədəbiyyat üzrə  mükafatın təqdim olunmasını təxirə salıb.  Mükafat 2019-cu ildə veriləcək. Hazırda mükafatın fondu 1,12  milyon ABŞ dolları (9 milyon İsveç kronu) təşkil edir.
 
   

Qeyd edək ki, mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

Oruc MUSTAFAYEV

 

 



17.09.2018 | 13:32