Gələcək əməkdaşlıqlar üçün işgüzar tanışlıq

"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bir qrup könüllü Bakı Mühəndsilik Universitetndə olub. 

 

Mütəmadi olaraq müəxtəlif sahələrə maraq göstərən və araşdırmalar aparan könüllülər bu dəfə BMU-nun tədris və laboratoriya resursları, həmçinin Texnoparkı ilə tanış olub, mexanika və kimya mühəndisliyi laboratoriyalarında müşahidələr aparıblar.  Universitet əməkdaşlarının köməyi ilə buradakı müxtəlif təyinatlı çihazların iş prinsipləri ilə yaxından tanış olan könüllülər sonra. Texnoparkda  startap komandaları və onların fəaliyyət istiqamətləri ilə maraqlanıb, gələcək əməkdaşlıqlar üçün səmərəli işgüzar tanışlıqlar qazanıblar. 

 

Sonda onlara Texnoparkın direktor müavini, dosent İsa Qasımovun təqdimatında işgüzar həyatda uğur qazanmağın yolları ilə bağlı tövsiyələr verilib.

 

Qeyd edək ki, bu cür fəaliyyətlər könüllülərin fərdi inkişafına yönəlmiş yanaşmaları əks etdirir. İşgüzar gəzinti və görüşlərdən məmnun qalan "ASAN xidmət" könüllüləri gələcəkdə Texnoparkla yaxından əməkdaşlıq etmək istədiklərini bildiriblər.



19.09.2018 | 11:30