“Azərbaycan beynəlxalq nəqliyyat sistemində: Hədəflər və perspektivlər”

Azərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Konfransa yerli alimlərlə yanaşı xarici ölkələrdən də məqalələr göndərilib.

    

Konfrans iştirakçıları açılış mərasimindən öncə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət edərək ulu öndərə hörmət və ehtiramlarını bildiriblər. Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən logistika mərkəzlərinin rəhbərləri, bu sahədə çalışan alimlər və mütəxəssislərlə yanaşı dünyada logistika sahəsində tanınmış universitetlərin  alimləri də iştirak ediblər.

 

Universitetin rektoru,  professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən  və bu baxımdan  konfransın əhəmiyyətindən danışıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan logistika layihələrinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor onun nəticələrinin iqtisadiyyatımıza olan töhfələrindən danışıb.

    

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini  Elmir Vəlizadə,  Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov,  Avropa-Qafqaz-Asiya Beynəlxalq nəqliyyat dəhlizinin (TRASEKA) hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev  və Abşeron logistika mərkəzinin direktoru Ziya Ağayev  çıxış edərək  Prezident İlham Əliyevin nəqliyyat sektoruna  diqqət və qayğısının nəticəsi olaraq bu sahənin hazırki inkişaf səviyyəsindən, logistika sahəsində xarici ölkələrlə  əməkdaşlıqdan və birgə həyata keçirilən layihələrdən danışıblar.

   

Çıxışlardan sonra  plenar iclasla davam edən konfransda Akif Mustafayevin, Xudayar Həsənlinin, A.Q.Nekrasovun, K.İ. Atayevin və A.S. Siniçınanın məruzələri dinlənilib.

 

Konfrans oktyabrın 2-dən 5-dək 5 seksiya üzrə işini davam etdirəcək.

 



02.10.2018 | 16:07