Uşağınızın gələcək təhsili barədə düşünürsünüz?

Hörmətli valideynlər,

Uşağınızın gələcək təhsili barədə düşünürsünüz?

O zaman, 11-13 oktyabr tarixlərində  Bakı Ekspo Mərkəzində keçirilən Təhsil sərgisini mütləq ziyarət edin! Siz bilavasitə təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə suallar vermək, eləcə də müəssisələrin reytinq və ixtisaslaşmalarını öyrənmək imkanına malik olacaqsınız.

Bütün suallarınıza cavabları yalnız "Education 2018" sərgisində tapa bilərsiniz!

Sizi sərginin ziyarətçiləri arasında görməyə şad olarıq və ümidvarıq ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm səmərəli, həm də faydalı olacaqdır.



09.10.2018 | 13:52