Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib
Bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilib. 
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə üzrə vakansiya seçimi 29 aprel saat 11:00-dək davam edəcək. 
 
 
Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.


23.04.2024 | 11:51