Biologiya gecəsi keçirilib

Şabran şəhər 3 nömrəli ümumi orta məktəbdə "Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində "Biologiya canlıları öyrənir" adlı biologiya gecəsi keçirilib.

 

Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Gülər Hüseynovanın verdiyi məlumata görə, IX sinif şagirdləri canlı aləm haqqında topladıqları məlumatları  tədbir iştirakçılarının diqqətinə çatdırıb, mövzuya uyğun slaydlar və videoçarxlar nümayiş etdiriblər.

 

Tədbirdə, həm də ekologiyanın çirklənməsinin canlılara təsirini əks etdirən "Mutant canlılar", məktəblilərin əl işlərindən təşkil olunmuş "Təbiət insanın gözü ilə" və  "Fəsillər" adlı rəsm sərgiləri nümayiş olunub.

 

Tədbirin keçirilməsində  məqsəd şagirdlərin fənnə marağının artırılması, onların canlı aləm barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi olub.

 

Şakir CƏFƏROV



12.04.2018 | 14:12