ADNSU-da SOCAR-ın Daxili Təqaüd Proqramı haqqında məlumat günü keçirilib

Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  SOCAR-ın Daxili Təqaüd  Proqramı haqqında məlumat günü keçirilib.    Universitetdən verilən məlumata görə, tədbirdə SOCAR-ın İnsan Resursları Departamentinin təlim və inkişaf şöbəsinin əməkdaşları Vasif Cəfərov və Nəzrin Əfəndiyeva iştirak ediblər. Proqramın mahiyyəti haqqında danışan Vasif Cəfərov seçim meyarları, müraciət qaydaları və növbəti mərhələ barədə tələbələrə geniş məlumat verib. Bu proqramın tələbələrin təhsillərini uğurla davam etdirmələri üçün böyük stimul olacağını vurğulayan V.Cəfərov 2004-cü ildən bu  günə kimi 1988 tələbəyə həmin təqaüdün verildiyini bildirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Samirə KƏRİMOVA



22.02.2018 | 13:00