Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının sədri ilə görüş

Martın 16-da təhsil naziri Mikayıl Cabbarov Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (IAUP) yeni seçilmiş sədri Kaxa Şengeliya ilə görüşüb.
Görüşdə Mikayıl Cabbarov qonağı üç illik müddətə sözügedən yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan ali təhsil müəssisələrinin IAUP ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.



16.03.2017 | 14:19