· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
 

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul etmişdir.

ölkəmizə ilk dəfə səfər etdiyini deyən professor Cozef Nay bildirdi ki, səfərinin əsas məqsədi Azərbaycandakı proseslərlə yaxından tanış olmaq və ölkəmizlə bağlı daha geniş informasiya əldə etməkdir. O, Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu, əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirdi.

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın xoşməramlı səfirlərinin illik yığıncağında iştirak edib

Mayın 20-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik yığıncağı keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yığıncaqda iştirak etmişdir.

Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında təşkilatın yüksək vəzifəli şəxsləri səmimiyyətlə qarşıladılar.

Yığıncaqdan öncə xoşməramlı səfirlər dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional konfransları silsiləsindən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda Bakıda keçirilmiş 5-ci regional konfransın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Bildirildi ki, həmin konfrans mühüm hadisədir və regionda savadsızlığın aradan qaldırılmasında əhəmiyyətli rolu olacaqdır.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova Bakı Dövlət

Universitetinin fəxri doktoru adı verilib

Mayın 20-də Bakı Dövlət Universitetində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova BDU-nun fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilmişdir.

Universitetdə Türkmənistan Prezidentini səmimi qarşıladılar, tələbələr ali qonağa gül dəstəsi təqdim etdilər.

Türkmənistan dövlətinin başçısı əvvəlcə universitetdəki Heydər Əliyev Muzeyi ilə tanış oldu.

BDU-nun rektoru, AMEA-nın akademiki, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimi açaraq, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun həyat və fəaliyyətinin əsas məqamlarından danışdı.

Ali qonağa müsəlman Şərqində ilk dünyəvi ali məktəbin - Bakı Dövlət Universitetinin yaranma tarixi barədə məlumat verildi.

Təhsil ocağının 80 illik yubileyi keçirildi

 

Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Bakının Səbail rayonundakı M.Rahim adına 7 nömrəli orta məktəbin 80 illik yubileyi keçirildi. Foyedə şagird və müəllimlərin işlərini canlandıran  stendlər, referatlar, noutbukdakı görüntülər diqqəti cəlb edirdi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin sədr müavini Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı  Sahib Ələkbərov, məktəbin  məzunları və digər  qonaqlar iştirak edirdilər.

Məktəbin  direktoru Gülnaz Mehdizadə təhsil ocağının pedaqoji  kollektivi adından tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, əvvəllər  "rus- tatar",  sonra "gürcü-tatar" (Azərbaycan - red.) məktəbi  adı ilə  tanınan  tədris  ocağı  uzun illər  ingilis dili təmayüllü məktəb olmuşdur. 

Təhsil naziri "DAEWOO" şirkətinin prezidenti ilə görüşüb

 

Mayın 19-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikası "DAEWOO" şirkətinin prezidenti cənab Younq-Von Kanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

öncə nazir qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib və onları səmimi salamlayıb. Nazir Cənubi Koreya Respublikası Baş nazirinin ölkəmizə səfərinin uğurlu nəticələr verəcəyini əminliklə vurğulayıb.

Sonra Misir Mərdanov Cənubi Koreya ilə Azərbaycan arasında olan əlaqələrin sürətlə inkişafından və səmərəli əməkdaşlıqdan söz açıb. ötən ilin avqustunda "DAEWOO" şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış memoranduma əsasən ölkəmizdə Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması istiqamətində aparılan işləri qeyd edən nazir həmin təhsil ocağının açılmasının Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulayıb.

Texniki Peşə Təhsili Mərkəzinin layihəsi təqdim olundu

 

Mayın 20-də Təhsil Nazirliyində Cənubi Koreyanın beynəlxalq "DAEWOO" şirkəti tərəfindən Azərbaycanda "Ali Texniki Peşə Təhsili Mərkəzinin tikintisi" üzrə hazırlanmış layihənin təqdimatı oldu.

Təqdimat mərasimində təhsil naziri, nazir müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı şəhərinin peşə liseyləri və peşə məktəblərinin direktorları, "DAEWOO" şirkətinin bir qrup təmsilçisi iştirak edirdilər.

Mərasim açıq elan olunduqdan  sonra "DAEWOO" şirkətinin fəaliyyətindən, xüsusən də şirkətin peşə təhsilinə dəstəyindən bəhs edən qısametrajlı film nümayiş olundu.

Daha sonra həmin şirkət tərəfindən Azərbaycanda tikiləcək Ali Texniki Peşə Təhsili Mərkəzi layihəsinin əsas parametrlərini əks etdirən film mərasim iştirakçılarına təqdim olundu.

Qafqaz Universitetinin məzun gecəsi

Bu il Azərbaycanda fəaliyyətinin 15 ili tamam olan Qafqaz Universiteti mayın 20-də Ş.Qurbanov adına Musiqili Komediya Teatrında özünün 11-ci buraxılışına həsr olunmuş məzun gecəsi keçirdi. Tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, ziyalılar, Türkiyədən, Şimali Kipr Türk Cümhuriyyətindən, Amerikadan qonaqlar, valideynlər iştirak edirdilər.

Universitetin builki məzunlarının qismətinə öz buraxılış bayramlarını üç əlamətdar hadisə ilə bir vaxtda - ümummilli liderimiz Heydər Əliyevin 85, Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illik yubileylərinin və təhsil aldıqları ali məktəbin 15 illiyinin qeyd olunduğu ərəfədə keçirmək xoşbəxtliyi düşmüşdü. Məzun gecəsi də elə bu ildönümlərə həsr olunmuşdu.

Tədbirdə öncə türk dünyasının liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan və Türkiyənin dövlət himnləri ifa edildi.

Məktəb-liseyin yeni tədris korpusunun açılışı oldu

Mayın 21-də Bakı şəhərindəki "Ankara məktəbi" məktəb-liseyin yeni tədris korpusunun açılış mərasimi oldu.

Mərasimdə təhsil naziri Misir Mərdanov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən, KİV nümayəndələri və başqaları iştirak edirdilər.

Məktəbin həyətinə toplaşmış şagirdlər qonaqları gül-çiçəklə qarşıladılar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra   məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.      

çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi.  Nazir təhsil ocağının yeni tədris korpusunun açılışının əlamətdar bir hadisə olduğunu deyərək məktəbin pedaqoji və şagird kollektivlərini bu münasibətlə təbrik etdi. Misir Mərdanov qeyd etdi ki, 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan "Ankara məktəbi" məktəb-liseyi ən müasir avadanlıqlarla tam təchiz edilib.

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı

 

Mayın 22-də Təhsil Nazirliyində respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

 

Tədbirdə təhsil naziri Misir Mərdanov, nazir müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov, İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan -Türkiyə özəl Liseyləri Baş İdarəsinin rəisi  Adəm önal, fənn olimpiadalarına münsiflik etmiş respublikanın tanınmış alimləri, şagirdləri bilik yarışında yer tutan məktəblərin direktorları iştirak edirdilər.

Azərbaycanda müasir Avropa tipli ilk musiqi təhsili ocağinin 110 illik yubileyi qeyd edilmişdir

 

Avropa notlu musiqi təhsili Cənubi Qafqazda və Yaxın Şərqdə məhz Azərbaycandan başlayır

AzərTAc xəbər verir ki, mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd edilmişdir.

Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov əlamətdar hadisə münasibətilə həmkarlarını təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman musiqi təhsili ocağının xidmətlərindən danışmış, onun ötən illərdəki fəaliyyətinin bəzi məqamlarından söz açmışdır.

Birincilərin bayramı

Adi bir may səhəri idi. Ancaq bu, paytaxtdakı 53 nömrəli orta məktəbin I "J" sinif şagirdləri üçün heç də adi gün deyildi. Həmin gün onlar "Əlifba"nı bitirmələrini bayram edirdilər. Birincilər həm də bu vaxta qədər aldıqları biliklərin hesabatını verəcəkdilər. Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açaraq bayram münasıbətilə sinif müəllimi Günay Novruzovanı, şagirdləri, valideynləri və qonaqları təbrik etdi.

 

Sonra aparıcı VI "D" sinif şagirdi N.Bəyim sözü birincilərə verdi. Onlar Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər. Səhnəyə "Əlifba" ilə "Oxu" gəldi.  Hərflər sıraya düzüldü. Məhyəddin, Merac, Həmidə, Sülhanə, Nəzrin, Sahib, Məhəmməd hərflərə aid şeirlər söylədilər, "Kiçik sənət sahibləri" səhnəciyini göstərdilər. Sonra rəqəmlərin dialoqu başlandı.