· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      
 

 

 

"Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərərək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

Heydər ƏLİYEV

TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin adamı elan edildi

ANS Şirkətlər Qrupu və Azərbaycanın Milli Qəhrəmanı çingiz Mustafayev adına Fond Azərbaycan Prezidenti İlham Əliyevi İlin adamı elan etmişdir.

Prezident İlham Əliyev bu mükafata 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlinin qoyulmasına, Azərbaycan təbii qazının Avropa bazarına çıxmasına, balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycanı mümkün təhlükələrdən qorumasına, ölkədə infrastruktur layihələrinin uğurla həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına, ölkə ərazisində məcburi köçkünlərin yaşadığı çadır düşərgələrinin ləğv olunmasına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına, ordu quruculuğuna, mətbuatın inkişafına verdiyi töhfələrə görə layiq görülmüşdür.

Hörmətli qonağın şərəfinə

Yanvarın 14-də Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xanımı Sandra Elizabet Rulofsun şərəfinə nahar verilmişdir.

Bakıda yeni uşaq bağçası açıldı

ötən il paytaxtımızın qəsəbələrində bir-birindən yaraşıqlı, müasir standartlara cavab verən 11 məktəbəqədər tərbiyə müəssisəsi tikilib istifadəyə verilib. Onlardan biri Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən 331  nömrəli körpələr evi-uşaq bağçasıdır. Mövcud Dövlət Proqramı çərçivəsində inşa olunan tərbiyə ocağı bu ilin ilk günlərindən öz qapılarını burada tərbiyə alacaq körpə fidanların üzünə açıb.

Nazir məktəb direktorluğuna namizədləri qəbul etdi

Yanvarın 12-də təhsil naziri Misir Mərdanov məktəb direktorluğuna, rayon, şəhər təhsil şöbələrində və peşə təhsili müəssisələrində müxtəlif vəzifələrə namizədliyi irəli sürülmüş bir qrup təhsil işçisini qəbul etdi.

Görüşdə Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak edirdilər. Zala toplaşanları salamlayan nazir öncə diqqəti son dövrlər təhsildə xüsusi aktuallıq kəsb edən bəzi məsələlərə cəlb etdi.

Təşkilat Komitəsinin iclası

"İlin ən yaxşı ümumtəhsil məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələri üzrə meyarlar müzakirə olundu

 

Yanvarın 11-də Təhsil Nazirliyində "İlin ən yaxşı ümumtəhsil məktəbi və ilin ən yaxşı müəllimi" müsabiqəsi üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Misir Mərdanov qeyd olunan müsabiqə üzrə görüləcək işlərdən danışaraq bildirib ki, müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialının üzə çıxarılması, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimlərin müəyyən edilməsidir.

Təhsil Nazirliyinin məlumatı

Təhsil Nazirliyi bildirir ki, "Loğman" Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Bu vaxta qədər onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir.

Fəaliyyəti dövründə (1996-2007-ci illər) "Loğman" təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir.

2006-cı ildə Təhsil Nazirliyinin vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Loğman" təsərrüfat hesablı tibb məktəbinə tələbə qəbulu dayandırılmışdır. Lakin 2007-ci ildə yeni dərs ilinin başlanğıcında Təhsil Nazirliyinə "Loğman" təsərrüfat hesablı tibb məktəbinə qanunsuz tələbə qəbulunun davam etdirildiyi barədə məlumat daxil olmuşdur.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

AzərTAc xəbər verir ki, yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları veriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"na uyğun olaraq, respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərində, idarə və müəssisələrində mərasimlər keçiriləcək, paytaxtda yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələri 20 Yanvar günü Şəhidlər Xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcəklər.

Bakı Slavyan Universiteti yeni inkişaf mərhələsində

Müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmiş ümummilli lider Heydər Əliyevin fədakar əməyi nəticəsində Azərbaycanın dünya birliyinə inteqrasiyası, inkişaf etmiş xarici ölkələrlə qurulan və günbəgün möhkəmlənən əlaqələr, respublikamızın müasir dünyaya qovuşması gənc nəslin təlim-tərbiyəsi sahəsində aparılan dövlət siyasəti qarşısında yeni tələblər qoydu. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 2000-ci iİ 13 iyunda imzaladığı "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman və bu sənədin dövlət strukturları qarşısında qoyduğu vəzifələrin icrası ilə bağlı görülmüş tədbirlər ölkənin təhsil sisteminin inkişafında tarixi addım kimi qiymətləndirilməlidir.

20 Yanvar faciəsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tədbirlər planı hazırlayıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın təhsil müəssisələrində 20 Yanvar faciəsinin on səkkizinci ildönümünün qeyd olunması ilə bağlı ciddi hazırlıq işləri görülür. Artıq bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın 10.01.2008-ci il tarixli 3 nömrəli əmri ilə tədbirlər planı təsdiq olunub. Plana əsasən yanvar ayının 14-dən 20-dək Bakı şəhərinin ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunan müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi başa çatdı

Respublika turuna vəsiqə uğrunda

Yanvarın 13-də məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin II turu Bakı şəhəri üzrə, 7, 46 və 160 nömrəli ümumtəhsil məktəblərində təşkil olunmuşdu. Əməkdaşlarımız hər üç məktəbdə olmuş, olimpiadaları müşahidə etmişlər. Aşağıda onların qeydlərini oxuculara təqdim edirik.

 

Biz həmin gün bilik yarışını müşahidə etmək üçün Bakının 46 nömrəli məktəbində olduq. Məktəbin həyətinə xeyli sayda müəllim, şagird və valideyn toplaşmışdı.

Qış imtahan sessiyası davam edir

 BAKI DöVLƏT UNİVERSİTETİ

Qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə yanvarın 15-də Bakı Dövlət Universitetinə getdik. öncə zala toplaşan fakültələrin nümayəndələri - koordinatorlar, müəllimlər, nəzarətçilər və müşahidəçilər qarşısında keçirilən imtahanların nəticələri barədə qısa məlumat verən BDU-nun prorektoru Vüsət Əfəndiyev bildirdi ki, çoxlu sayda tələbə imtahan verib, onlardan cəmi  52-si qeyri-kafi qiymət alıb. Bəzi yoxlamalar və təhlillər aparıldıqda məlum olub ki, 1-ci ilə 2-ci yoxlama  arasında müəyyən fərqlər yaranıb. Auditoriyalarda məsuliyyətin tam olaraq  koordinatorların çiyinlərinə düşdüyünü bildirən prorektor təsdiq olunmuş neqativ faktların əksəriyyətinin yerində həll olunduğunu qeyd etdi. Müvafiq tövsiyələrini verən V.Əfəndiyev imtahan keçirilən otaqların bölgüsünü və koordinatorları elan etdi, onlara lazımi sənədlər təqdim olundu.

Mehdi Mehdizadə - 105

Böyük ömrün anları

Onu hər kəs yaxşı tanıyırdı. Kiçiklər onun haqqında böyüklərdən eşidiblər.  Azərbaycan elminin,  təhsilinin, maarifçiliyinin inkişafında əvəzsiz xidmətləri olmuş, uzun illər maarif naziri işləmiş, görkəmli şəxsiyyət, akademik Mehdi Mehdizadə əməlləri ilə yaddaşlarda əbədiyyətə qovuşub. Yanvarın 5-də mərhum ictimai xadimin 105 yaşı tamam oldu.   Onunla bağlı əziz xatirələri bir daha yada salmaq istədim. Qızı Zemfira Mehdizadə ilə görüşdüm, elə iş yerindəcə. Əvvəlcədən zəngləşmişdim. Gəlişimin məqsədi ona aydın idi.   Zemfira xanım Mehdi Mehdizadənin sonbeşiyidir. Hazırda Beynəlxalq Tibb Korpusunun "İnklüziv təhsil" layihəsinin koordinatorudur. Amma  ailənin bütün üzvləri kimi o da uzun illər elmi fəaliyyətlə məşğul olub. Namizədlik dissertasiyası Azərbaycanda nəşr olunan ilk dərslik haqqında olub. Zemfira xanım atasının istəyi ilə bu mövzunu işləyib. Aradan uzun bir müddət keçib. Amma heç atasının yoxluğunu hiss etmir.

Təlimin keyfiyyətinə təsir edən bəzi amillər

Hazırda təhsilin keyfiyyətinin yüksəldilməsi bu sahədə çalışanların qarşısında duran əsas vəzifədir. Bu vəzifənin uğurlu həlli üçün, ilk növbədə, məktəbdə səmimilik, qarşılıqlı hörmət və tələbkarlıq şəraiti mövcud olmalıdır. Bu baxımdan tədris ocağında müəllim-şagird, məktəb-valideyn və eyni zamanda direktor-müəllim münasibətləri mühüm əhəmiyyət kəsb edir. Əgər bu münasibətlər düzgün qurulubsa, onda təlimin keyfiyyətindən danışmaq olar. Yox əgər məktəbdə demokratik ab-hava, qarşılıqlı səmimiyyətə əsaslanan münasibətlər yoxdursa təhsilin keyfiyyətinə  müsbət təsir edən birgə fəaliyyət də mümkün olmayacaq. Bu baxımdan məktəbdə valideyn, müəllim-şagird münasibətlərini təhsilin keyfiyyətini artıran əsas amillərdən biri kimi götürmək olar.

Təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də dərsdinləmədir. Əgər müəllimin dərsi vaxtaşırı və yaxud da tez-tez dinlənilərsə, onda müəllimin məsuliyyəti artar və dərsə hazırlıq səviyyəsi yüksələr. Bundan başqa, dərsdinləmə  məktəblə valideyn və ictimaiyyət arasında körpü yaradır və bu da müəllimin fəaliyyətinə ictimai nəzarəti təmin etməyə imkan verir. Hamımıza yaxşı məlumdur ki, məktəblərdə "açıq dərs"lər keçilir. Keçilən "açıq dərs"lər müzakirə olunur, fikir, təcrübə mübadiləsi aparılır.