· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
    1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

 Bizim  məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. çox məmnunam ki, mən buna nail oldum. çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır.

 

Heydər ƏLİYEV

 

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XXIX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə isə 200 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə isə 100 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyul 2008-ci il

 

Azərbaycan Prezidenti Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 24-də Qars Qafqaz Universitetindəki Heydər Əliyev Tədris Mərkəzi ilə tanış olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2007-ci ilin noyabrında açılmış mərkəz vaxtilə ulu öndərin fəxri doktoru adına layiq görüldüyü Qars Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin tələbələri üçün tədris bazası rolunu oynayır. Heydər Əliyev Fondu mərkəzi əyani vəsaitlərlə təmin etmişdir. Burada ümummilli lider Heydər Əliyevin fəaliyyətini, ulu öndərin Türkiyəyə, eləcə də Qarsa səfərlərini əks etdirən fotoguşə yaradılmışdır.

Tədris mərkəzində Azərbaycanın tarixinə, ədəbiyyatına dair nəşrlərdən ibarət zəngin kitabxana, oxu və kompüter salonları fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri RF Dövlət Kitabxanasına kitablar hədiyyə edib

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşmişdir. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə etmişdir. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunmuşdur.

 

Leyla Əliyevaya səmimi təşəkkürünü bildirən Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov demişdir ki, bu, çox fərəhli hadisədir və şübhəsiz, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaqdır.

1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Bizim dilimiz milli mənəvi sərvətimizdir. Tarix boyu Azərbaycan xalqı var olduqca dilimiz də özünün təkamül dövrünü yaşamış, müxtəlif zamanlarda müəyyən çətinliklərə məruz qalmışdır. Təbii ki, dilin mükəmməl bir formada təzahür etməsində, tanınmasında onun əlifbası mühüm rol oynayır. Dünya xalqlarına  əlifba adlı mənəvi neməti əslində  şumerlər  bəxş ediblər.

İslamiyyətə qədər də, islamiyyətdən sonra da Azərbaycan ərazisi və xalqı türk dünyasının tən ortasında yerləşib və onun ayrılmaz hissəsi olub. Azərbaycan xalqının tarixini hər mənada bu dünyadan ayrı, təcrid edilmiş halda düşünmək olmaz. Bu torpaqda Azərbaycan-türk yazı mədəniyyətinin qədim tarixi vardır. Onu da təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın uzun illər imperiyaların istilaçılıq siyasətinə məruz qalması xalqımızın dili və yazı mədəniyyətinin formalaşmasına olduqca mənfi  təsir göstərmişdir.