· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

 

 

 

"Aspirantlara, ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında"

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının dövlət təhsil müəssisələrində təhsil alan aspirantlara, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan aspirantlar, dövlət ali, orta ixtisas, peşə məktəblərinin və peşə liseylərinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş aylıq təqaüdlər artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Azərbaycanın dövlət siyasətində təhsil prioritet məsələdir

Bakı Dövlət Universitetinin yeni korpusunun açılış mərasimində

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Əziz dostlar!

Əziz tələbələr!

Əziz müəllimlər!

Mən sizi, ilk növbədə, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Eyni zamanda bu gün Bakı Dövlət Universitetinin həyatında çox gözəl və əlamətdar bir gündür. Bu gün universitetin yeni gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm.

Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır.

  

Azərbaycan Respublikasının musiqi təhsili işçilərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

 

Abasquliyeva Leyla Hüseyn qızı

Abbasov Vaqif Oruc oğlu

Acalova Gülnarə Almaz qızı

Babayev Nadir Davud oğlu

Dadaşlı Nizami Əkbər oğlu

Əliyeva Elmira Mirzəağa qızı

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı 60 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Sentyabrın 15-də - Bilik günü Bakının Yasamal rayonundakı şəhid Paşa Nəzərov adına 60 nömrəli orta məktəbin yeni binasının açılış mərasimi olmuşdur.

Mərasimə toplaşmış təhsil işçiləri, şagirdlər, valideynlər Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar.

Dövlət başçısı müasir standartlara uyğun tikilmiş məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsil naziri Misir Mərdanov məlumat verdi ki, Azərbaycanda son illər ərzində məktəb tikintisi və təmiri geniş vüsət almış və təhsil sisteminin maddi-texniki bazası möhkəmlənmişdir. Prezidentin xüsusi tapşırığı ilə ötən il iyunun 1-dən inşasına başlanılmış bu məktəbdə tədris üçün hər cür şərait yaradılmışdır. 50-dən çox sinif otağı olan 840 şagird yerlik məktəbdə yeni dərs ilində 600 şagird təhsil alacaqdır. Onların təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olacaqdır. Məktəbdə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətləri, Azərbaycanın dövlət dili, rəmzləri, hərb sənəti ilə və tədrislə bağlı xüsusi guşələr yaradılmışdır. 

"Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimatı

Sentyabrın 12-də "Gülüstan" sarayında təhsil naziri Misir Mərdanovun rəhbərliyi altında hazırlanıb nəfis şəkildə çapdan buraxılmış "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı - 2003-2008" kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından, Nazirlər Kabinetindən nümayəndələr, nazirlər, millət vəkilləri, təhsil nazirinin müavinləri, nazirliyin aparatının rəhbəri və nazirliyin struktur bölmə rəhbərləri, ali məktəblərin rektorları, orta ixtisas məktəblərinin, Təhsil Nazirliyinə tabe gimnaziya və liseylərin direktorları, tanınmış ziyalılar və KİV işçiləri iştirak edirdilər. Salonda yeni çapdan çıxmış kitabdan nümunələr qoyulmuşdu.

 

Mərasimi Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə açaraq salona toplaşanları salamladı. 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bilik günündə bir sıra təlim-tərbiyə ocaqları istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 15-də Bilik günü münasibətilə Bakının bir sıra qəsəbələrində təlim-tərbiyə ocaqları istifadəyə verilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına uşaq bağçasının açılışında iştirak etmişdir.

Burada Azərbaycanın birinci xanımını uşaqlar gül-çiçəklə qarşıladılar.

Mehriban xanım Əliyeva bağçanın əvvəlki görkəmini əks etdirən fotoşəkillərə baxdı. O, rəmzi açılışı bildirən lenti kəsdikdən sonra bağçada akademik Zərifə xanım Əliyevanın büstünü açdı, onun önünə gül dəstələri düzdü.  Uşaq bağçasının yenidən qurulmasına bu ilin əvvəlində başlanılmışdı. Bina tam yararsız vəziyyətdə olduğundan sökülərək yenidən tikilmişdir.