· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
     1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

 

 

 Azərbaycan Prezidenti İlham Əliyev İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul edib

Görüşdə Prezident İlham Əliyev Azərbaycanda təhsilin səviyyəsinin artdığını və bu sahənin dövlət siyasətində əsas prioritet kimi götürüldüyünü bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul etmişdir.

Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Mən Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. çox şadam ki, burada əyləşənlərin ölkəmizə səfər etmək imkanı olubdur. Sizlərdən bəziləri burada artıq olublar, lakin konfrans iştirakçılarının bir çoxu Azərbaycana ilk dəfə səfər edirlər.

 

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi - İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində ürəkdən salamlayıram, konfransınızın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı yetirirəm.

İslam ölkələri ilə hərtərəfli əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda əsas istiqamətlərdən birini təşkil edir. Son illər İslam Konfransı Təşkilatı və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı ilə əlaqələrimizin daha da genişlənməsi bu münasibətlərin qarşılıqlı faydalı zəmində qurulmasından xəbər verir, xalqlarımızın təhsil və elm sahələrində gələcək inkişafına xidmət edir.

Müasir dünyanın qlobal inkişaf meyilləri dövlətlərin və cəmiyyətlərin sosial-iqtisadi həyatında təhsilin, elmin və yeni texnologiyaların əvəzsiz rol oynadığını aydın göstərir. İnkişafı təmin edən intellektual potensialın artırılması naminə təhsildə və elmdə qazanılmış qabaqcıl təcrübələrin öyrənilməsi, mübadiləsi və tətbiqi istiqamətində bütün birgə səylər yüksək qiymətləndirilməlidir. ümidvaram ki, konfransınızda İslam ölkələrində elm, texnologiya və innovasiya strategiyası, biliklərə əsaslanan iqtisadiyyatın qurulması və ali təhsil sahəsində əməkdaşlığa dair problemlərin müzakirəsi təqdirəlayiq amil olaraq öz səmərəsini verəcəkdir.

Son illər Azərbaycan sosial-iqtisadi inkişaf yolunda ciddi uğurlar əldə etmişdir. Bütün bunlar ölkəmizin təbii resurslarından məqsədyönlü istifadə olunmasına yönəlmiş iqtisadi siyasətin nəticəsidir. Sevindirici haldır ki, həmin islahatlar, eləcə də yerli və beynəlxalq əhəmiyyətli iri layihələr peşəkar milli kadrların bilik və bacarıqları sayəsində müvəffəqiyyətlə həyata keçirilmişdir.

  

Heydər Əliyev adına park sakinlərin sevimli istirahət yeridir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda Şirvan şəhərinin bir qrup təhsil işçisi ilə görüşdülər

 Prezident İlham Əliyev oktyabrın 4-də Şirvan şəhərində ulu öndərin adını daşıyan parkla tanış olmuşdur.

Bu park şəhər sakinlərinin ən sevimli istirahət guşələrindən biridir. Buradakı oturacaqlar yeniləşdirilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Fəvvarələr, şəlalə isə parka xüsusi gözəllik verir. Bir sözlə, burada Şirvan sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaxşı şərait yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda şəhərin bir qrup təhsil işçisi ilə görüşdülər.

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçıları Heydər Əliyev Fondunda olublar

Mehriban ƏLİYEVA: "Heydər Əliyev Fondu yaradılan ilk gündən təhsilə diqqəti öz fəaliyyətinin ən prioritet istiqaməti kimi elan edibdir"

 

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarının bir qrupu oktyabrın 6-da Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi.

Konfrans iştirakçıları ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan sənədlərə maraqla tamaşa etdilər.

Moskva Dövlət Universiteti Bakı filialının təntənəli açılışı olub

Oktyabrın 4-də Bakıda yağış yağırdı, lakin bu təbiət hadisəsi M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının açılışına toplaşan insanların bayram əhvali-ruhiyyəsinə təsir etməmişdi.

Təntənəli mərasimə gəlmiş çoxsaylı qonaqlar, o cümlədən respublika hökumətinin üzvləri, Milli Məclisin deputatları, diplomatlar, Azərbaycanın aparıcı ali məktəblərinin rektorları, ictimaiyyətin nümayəndələri, Moskvadan təşrif buyurmuş professor-müəllim heyətinin üzvləri və nəhayət, filialın ilk tələbələri olan gənc bakılılar ölkəmizdə təhsil sisteminin tarixində bu əlamətdar hadisə münasibətilə sevinclərini gizlətmirdilər.

Filialın binasının girəcəyində qonaqları qarşılayan Azərbaycan Nəfəsli Alətlər Orkestrinin ifasında musiqi nömrələri bu mərasimə xüsusi ovqat bəxş edirdi.

Bakıda İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirildi

Oktyabrın 6-da "Gülüstan" sarayında  İslam ölkələrinin ali təhsil və elm nazirlərinin "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" mövzusunda IV konfransı başlandı.

Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular. İştirakçılar görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etdilər. Konfrans iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini andılar, məzarları üzərinə qərənfillər düzdülər.

Sonra konfrans "Gülüstan" sarayında öz işinə başladı.