· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e з.a з. C.a C. Ş. B.
      1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

Məktəb bilik deməkdir, maarif deməkdir, savad deməkdir. Biz çalışmalıyıq ki, gənclərimiz savadlı, bilikli, tərbiyəli olsunlar. Buna nail olmaq üçün həm ailədə, həm də məktəbdə uşaqlarımız çox yaxşı, vətənpərvərlik ruhunda tərbiyə edilməli və əlbəttə ki, yüksək biliklərə malik olmalıdırlar. çünki bilik tərəqqinin əsasıdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 

Hörmətli Prezident Əliyev!

Bakıya səfərim zamanı Sizinlə görüşmək şərəf və imtiyazını mənə bəxş etdiyiniz üçün dərin minnətdarlığımı bildirmək istərdim.

Nazir Əli Abbasovun dəvəti ilə "BakuTel-2008" sərgisində iştirak etmək, Azərbaycan alimləri və Berkli şəhərindəki Kaliforniya Universiteti nəzdindəki BİSC (Berkli Proqramlaşdırma Təşəbbüsü) Qrupu alimləri arasında yaxın əməkdaşlığın təməlini qoymaq üçün Berklidən Bakıya gəldim.

Bakı doğulduğum və ürəyimdə olduqca xoş izlər qoymuş yerdir. Səfərim zamanı mən şagirdi olduğum 16 nömrəli orta məktəbə də baş çəkdim. Məktəbdə məni böyük səmimiyyət, qonaqpərvərlik və alicənablıqla qarşıladılar.

Mən Fəxri xiyabanı ziyarət etdim və atanıza, Azərbaycanın böyük liderinə ehtiramımı bildirdim.

Bakı gözəl şəhərdir. İnkişaf əlamətləri hər yerdə nəzərə çarpır. Mədəniyyət, elm və təhsilə göstərilən böyük hörmət məndə olduqca xoş təəssürat yaratdı. Xüsusən Bakını regional kommunikasiya və informasiya texnologiyaları mərkəzinə, Azərbaycanı isə infosentrik cəmiyyətə keçiddə liderə çevirmək üçün nazir Əli Abbasovun rəhbərliyi altında keçirilən tədbirlər məni çox sevindirdi. Bakıya səfərim hər barədə unudulmaz idi.

Sizin şəxsiyyətiniz məndə hər cəhətdən dərin təəssürat oyatdı. Siz dərin qlobal böhranlar dövründə müdriklik, uzaqgörənlik və hərtərəfli maraqlarınız sayəsində Azərbaycanı irəliyə aparırsınız. Sizin kimi Prezidenti olduğuna görə Azərbaycanın bəxti gətirmişdir.

Böyük iftixar və dərin ehtiramla,

 

Ə.Lütfi ZADƏ,

Berkli Proqramlaşdırma

Təşəbbüsü Qrupunun

direktoru və Kaliforniya

Universitetinin professoru

 

21 noyabr 2008-ci il

 

  

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva görkəmli Azərbaycan rəssamı Tahir Salahovla görüşüb

Noyabrın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahovla görüşmüşdür.

Görkəmli rəssamı Heydər Əliyev Fondunda səmimiyyətlə qarşılayan Mehriban xanım Əliyeva onu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi.

Tahir Salahovun parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən olduğunu vurğulayan Mehriban xanım dedi ki, rəssamın mövzu və janr rəngarəngliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir.

Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş seminar

Bakıdakı "Hyatt Regency" otelində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin başlanmasına həsr olunmuş  ikigünlük seminar keçirildi. Noyabrın 24-də öz işinə başlayan seminarı təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq  iştirakçıları salamladı və tədbirin  Dünya Bankı ilə Təhsil Nazirliyi  arasındakı  əməkdaşlığın davamı olduğunu bildirdi. Təhsil Sektorunun İnkişafı üzrə  Birinci Layihənin uğurla həyata keçirildiyini  söyləyən nazir 10 ilə yaxın bir müddətdə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə fəaliyyət göstərdiyini qeyd edib  görülən işləri müsbət dəyərləndirdi.

 

Nazir bildirdi ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsi məqsədilə 2008-ci il sentyabrın 28-də Kredit Sazişi imzalanmışdır. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun çıxışı

Hörmətli seminar iştirakçıları!

Giriş sözümdə Dünya Bankı ilə həyata keçirilən 10 illik təhsil islahatı proqramı barədə məlumat vermişdim. Bildiyiniz kimi, proqramın ilk mərhələsinin həyata keçirilməsi üçün Təhsil Sektorunun İnkişafı üzrə Birinci Layihə hazırlanmışdı. Bu layihə 2003-cü ildən başlamış və 2008-ci ilədək davam etmişdir. Birinci Layihə yalnız ümumi təhsili əhatə etmişdir və bu da təsadüfi deyildir. çünki ümumi orta təhsil Azərbaycan Konstitusiyasına görə icbaridir və kütləvi xarakter daşıyır. Danılmazdır ki, insanın şəxsiyyətinin formalaşması, zəruri həyati bacarıqlara yiyələnməsi məhz ümumi təhsil dövrü ilə bağlıdır. Sonrakı təhsil mərhələləri orta təhsilin nəticələri üzərində qurulur və vətəndaşın inkişafı üçün bünövrə rolunu oynayır. Bunları nəzərə alaraq biz daha ciddi islahatları ümumi təhsildən başladıq.

Şəxsiyyətyönümlü kurrikulumlar əsasında yaradılan dərsliklərin xüsusiyyətləri

Müstəqil Azərbaycanın inkişafı yolunda gedən quruculuq işləri cəmiyyətin bütün sahələrini, o cümlədən də təhsili əhatə edir. "Bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması" (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Azərbaycanın təhsil siyasəti (1998-2004), I kitab. Bakı, "çaşıoğlu", 2005) istiqamətində həyata keçirilən tədbirlər bilavasitə cəmiyyətin sosial sifarişlərinin öyrənilməsinə yönəldilməklə daha demokratik xarakter daşıyır. Təhsilin bütün mərhələlərində, o cümlədən ümumi təhsildə şəxsiyyətin maraq və ehtiyaclarını ödəyə bilən təhsil sisteminin yaradılması mühüm vəzifə kimi qarşıya qoyulur. Belə bir tələb isə istər-istəməz, ilk növbədə, təlimin məzmununun, ona uyğun metod, forma və vasitələrdən ibarət strateji bir sistemin hazırlanmasını tələb edir.