Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - 41

 
Dünya universitetləri:

Kolumbiya Universiteti

 
  Yerləşir: Nyu-York şəhəri, ABŞ  
Yaranma tarixi: 1754-cü il
Tipi: Özəl
Prezidenti:  Li C. Bollincer
İşçi heyəti: 3566 nəfər
Tələbələrin sayı: 6978 nəfər
Aspirantların sayı: 15985 nəfər
Rəsmi saytı: www.columbia.edu

Kolumbiya Universiteti (Columbia University) ABŞ-ın ən məşhur universitetlərindən biridir və Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq liqasına daxildir. Universitetin rəsmi sənədlərində belə qeyd olunub: "Nyu-Yorkda birinci, ölkədə beşinci, özəl, azad məsləkli". 

Tarixi 

Harvard (1636), Yel (1701), Prinston (1746), Pensilvaniya (1751) universitetləri kimi Kolumbiya Universitetinin tarixi də ABŞ-ın tarixindən qədimdir. 1754-cü ildə yaranan bu təhsil ocağı tez bir müddətdə siyasi elita yetişdirməyə başlayıb.

XVIII əsrin əvvəllərində Nyu-York əhalisinin sayı sürətlə artırdı və burada universitetə böyük ehtiyac var idi, lakin İngiltərə kralları, nədənsə, bu məsələni uzadırdılar. Nəhayət, 1754-cü ildə kral II Heorq Nyu-Yorkda kütləvi kitabxananın və Kral Kollecinin (KingTs College)  yaradılması haqqında xartiyanı imzaladı. Kollec Triniti Kilsəsi (Trinity Church) adlanan yepiskop (anqlikan) kilsəsinin yaxınlığında,  Aşağı Manhettendə yerləşirdi. Lakin buna baxmayaraq xartiyada  universitetin dini azadlıq zəminində yaradılması göstərilib.

Kolumbiya Universitetinin şüarı indiyədək belə səslənir: "Sənin işığında nur tapacağıq". 1754-cü ildə kollecin birinci prezidenti Samuel Conson öz ilk səkkiz tələbəsinə mühazirə oxuyub, 1758-ci  ildə Kral Kolleci elmi dərəcələr verməyə başlayıb. Kollecdə hüquq fakültəsi fəaliyyət göstərirdi, 1767-ci ildə isə tibb fakültəsi əlavə edildi.

Yeni yaranmış təhsil müəssisəsi tezliklə  böyüyərək nüfuz əldə etməyə başlayır. İlk altıillik fəaliyyəti dövründə burada Nyu-Yorkun varlı ailələrindən olan oğlanlar təhsil alırdılar. Fəaliyyəti zamanı kollec bir müddət müflis olmaq təhlükəsi ilə üzləşib, lazım olan 10  min funt-sterlinq məbləğin 5 minini qüdrətli yəhudi biznesmenlərindən olan Mozes və onun İngiltərədə yaşayan bacısı Fil Franklar veriblər. Yeni yaranmış universitetdə fənlərdən birinin mütləq qədim yəhudi dili olması da məhz buradan qaynaqlanır. Samuel Consonun özü də bu dili mükəmməl bilirdi.

Amerika inqilabı və müstəqillik uğrunda gedən müharibə kollecin fəaliyyətini səkkiz il dayandırdı. Təhsil ocağı 1784-cü ildə adını dəyişərək Kolumbiya Kolleci (yeni  müstəqillik qazanmış ölkəyə uyğun) kimi fəaliyyətə başladı. Kollecə rəsmi olaraq 1912-ci ildə universitet statusunun verilməsinə baxmayaraq, 1896-cı ildən bu təhsil müəssisəsini Kolumbiya Universiteti adlandırırlar.

1849-cu ildə Qəyyumlar Şurası Park-avenyu kvartalında universitet üçün bina alıb. Bu zamana qədər  kollec nəinki borclarından qurtarmışdı, hətta milyon dollar dəyərində olan mülkə sahiblik edirdi (təkcə onu qeyd etmək yetər ki, universitetin ərazisində məşhur Rokfeller mərkəzi yerləşir). Universitet sürətlə genişlənməyə başlayır: 1858-ci ildə Kolumbiya Hüquq Məktəbi (Columbia School of Law), 1864-cü ildə ABŞ-da ilk dağ-mədən kolleci (Foundation School of Engieneering and Applied Science) açılıb. 1875-ci ildə Kolumbiya Universitetində ilk dəfə olaraq  fəlsəfə doktoru dərəcəsi təqdim edilib, 1888-ci ildə Anna Natan Meyer (Azadlıq heykəlinin pyedestalında şeirləri həkk olunmuş Emma Lazarusun qohumu) qadın kolleci açılması haqqında kampaniyaya başlayıb və bir il sonra 1889-cu ildə Kolumbiya Universitetinin nəzdində qadınlar üçün Bernard-kollec açılıb. Hazırda Bernard-kollecin girişində Anna Meyerin portreti asılıb və onun adına kitabxana fəaliyyət göstərir.

1893-cü ildə universitetdə pedaqogika fakültəsi yaradılıb. XIX əsrin sonlarında çarlz Follen Mak Kim Kolumbiya Universitetinin yeni kampus planını hazırlayıb. Plana əsasən, kampus Brodvey, Amsterdam-avenyu, 114-120-ci küçələri əhatə edən  ərazidə yerləşməli idi. Lakin uzun illər sürən tikinti işləri əsas planı pozub. Müxtəlif memarlıq məktəblərinin nümayəndələri tərəfindən inşa edilən binaların hərəsi  bir dövrə aiddir: İtaliya renessansı üslubunda tikilmiş binanın yanında aerovağzalı xatırladan Yuris-hollun şüşəli korpusu yerləşir.

Nikolas Betlerin rəhbərliyi (1902-1945) dövründə  universitet təhsil sahəsində innovasiyalar və tədris prosesinin təşkili üzrə milli mərkəzə çevrilib, xüsusilə humanitar və təbii elmlərin tədrisində daha böyük uğurlar əldə edilib. 1912-ci ildə Cozef Pulitserin təşəbbüsü ilə burada Jurnalistika  Məktəbi açılıb. XX əsrin əvvəllərində Kolumbiya Biznes Məktəbi yaradılıb. I Dünya müharibəsindən sonra universitetdə müharibə və sülh haqqında problemlər öyrədilməyə başlanıb və politologiya kursları, II Dünya müharibəsindən sonra, 1946-cı ildə isə Beynəlxalq Münasibətlər Məktəbi (School of International and Public Affairs) açılıb. 20-ci illərdə universitetdə Frans Boaz antropologiya, Tomas Morqan genetika fakültələrinin açılmasına nail olublar. 1928-ci ildə Kolumbiya Universiteti ilə Presbiterian hospitalı birgə ABŞ-da ilk tibbi mərkəz olan, özündə tədris, elmi tədqiqatlar və bilavasitə xəstələrin müalicəsini cəmləşdirən Kolumbiya-Presbiterian Tibb Mərkəzini  yaradıblar. 40-cı illərdə E. Fermi, İ. Rabi, P. Kuş tərəfindən fizika  fakültəsində aparılan atom tətqiqatları universitetə dünya şöhrəti gətirib.

Bu təhsil ocağı  200 illik yubileyini yüksəlişlə qeyd edib - yeni kampusların tikilməsi üzrə proqram qəbul olunub. 60-cı illərin sonuna qədər 5 fakültə yeni binalara köçməli idi. Lakin elə həmin illərdə Vyetnamda gedən müharibə ilə əlaqədar  tələbə hərəkatı burada böhranın yaranmasına səbəb oldu. 1968-ci ilin aprelində minlərlə qiyamçı tələbə universitetin binalarını ələ keçirdi və polis çətinliklə onları buradan çıxarmağa müvəffəq oldu. Prezident Qreyson Krik istefa verdi, təhsil, tədqiqat və tikinti layihələrinin çoxu yığışdırıldı.  Doğrudur, nəticədə idarəetmə islahatları həyata keçirildi, tələbələrin öz ali məktəblərinə  fəal olaraq təsir etmələri üçün universitetin senatı yaradıldı.

70-90-cı illərdə Kolumbiya Universiteti intensiv inkişaf etməyə başlayıb: yeni fakültələr, elmi-tədqiqat mərkəzləri, kampuslar, 26 ixtisaslaşdırılmış institut, Qidalanma haqqında elmlər İnstitutu, Müharibə və Sülh problemlərinin öyrədilməsi  İnstitutu, ümumamerika Hüquq Mərkəzi, Rusiya İnstitutu, İnsan hüquqları İnstitutu, 30-dan çox kitabxana, eləcə də 3 əsas - Saut-holl (3 mln. cild), texniki (450 min), hüquq (250 min), tibb (120 min) kitabxanaları və  s. açılıb. Batler, Eyveri memarlıq və incəsənət, hüquq memorial universitetin ən böyük kitabxanalarıdır. Bütövlükdə, Kolumbiyanın kitabxana sistemi 9,5 milyon cild kitaba malikdir.

1993-cü ildə Kolumbiya Universitetində 650 milyon dollarlıq inkişaf proqramı həyata keçirilib. 2004-cü ildə universitetin 250-ci ildönümündə tələbələrin sayı 19 800 (9400 nəfəri qadın) nəfərə çatıb.

Kolumbiya Universitetinin kampusu böyük bir ərazini əhatə edir: əsas kampus - 15 hektar, idman kompleksi - 10 hektar, tibb mərkəzi - 9 hektar, rəsədxana - 64 hektar. Kampusda tələbələr üçün hər növ şərait yaradılıb. Hartli-holl, Livinqston-holl, Con-Cey-holl, Farneld-holl, Hoqan-holl, McBain-holl, Brodvey-holl, Vien-holl və s. yataqxanalar tələbələrin istifadəsindədir.      

Fakültələr (proqramlar) 

Kolumbiya Universitetində aşağıdakı fakültələr fəaliyyət göstərir: Amerika tədqiqatları, antropologiya, arxeologiya, incəsənətin tarixi və  arxeologiya, vizual incəsənət, astronomiya, antik ənənə, ərəbşünaslıq, bioloji elmlər, biznes, informasiya texnologiyaları, dramaturgiya və teatr mədəniyyəti, ətraf mühit haqqında elmlər, Şərqi Asiya dilləri  və mədəniyyəti, Yaxın Şərq dilləri  və mədəniyyəti, ingilis dili və ədəbiyyatı, ingilis dili xarici dil kimi, fransız, alman dilləri  və roman-german filologiyası, slavyan dilləri və ədəbiyyatı, ispan və portuqal dilləri və ədəbiyyatı, igtisadiyyat, mühəndislik, kinoşünaslıq, musiqi, tarix, hüquq, beynəlxalq əlaqələr, fəlsəfə, politologiya, psixologiya, sosiologiya, statistika, regionşünaslıq, jurnalistika, fizika, kimya, tibb, riyaziyyat və s.

Hər il bu ixtisaslar üzrə Kolumbiya Universiteti yay proqramları təşkil edir və buraya əcnəbi tələbələri cəlb edir. Yay proqramlarına seçim fərdi şəkildə  aparılır. Bütün fənn kursları tədris sessiyalarının cədvəl spesifikasından asılı olaraq, bir neçə təqvimə bölünür. Proqram çərçivəsində bakalavr və magistratura dərəcəsində fənlər keçilir. Proqramın şərtlərinə əsasən, tələbələr minimum 4 akademik kurs keçməlidirlər. Yay proqramının iştirakçıları tələbə yataqxanalarında qalırlar. Proqram ərzində tələbələr Amerika ali məktəblərinin bütün imtiyazlarından istifadə edə bilərlər: ənənəvi və elektron kitabxana  və arxivlərdən, kompüter siniflərindən, universitetin aparıcı müəllimlərinin məsləhətlərindən və s. Proqramın müddəti 12 həftədir.  

Qəbul qaydaları  

- Məktəb məzunlarının orta təhsil haqqında şəhadətnaməsi, magistr və doktor proqramları üçün ali məktəb diplomu olmalıdır.

- Qəbul üçün ümumi tələblər: 250-dən az olmayan TOEFL nəticələri, əgər ərizə Nyu-Yorkda təqdim edilirsə, EPT-dən (English Placement Test) imtahan vermək lazımdır. EPT nəticələri qeyri-məqbul olarsa, tələbəni avtomatik olaraq intensiv dil kurslarına salırlar.

- Buraxılış və ya ixtisas  imtahanlarının nəticələrinin surəti, həmçinin alınmış sertifikatlarla birgə hərfi tərcümə edilmiş əlavələr.

- Maliyyə durumu haqqında arayış.

- Keçmiş müəllimlərdən zəmanət məktubu.

- Motivasiya məktubu.

Məşhur məzunlar 

Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib. Onların arasında 79-dan çoxu Nobel mükafatına layiq görülüb. ABŞ-ın indiki prezidenti, bu yaxınlarda dünyada sülhün möhkəmləndirilməsi üçün gördüyü işlərə, nüvə silahlarının ixtisarına çalışmasına və qlobal problemlərin həllində dialoqa üstünlük verməsinə görə Nobel mükafatı ilə təltif edilmiş Barak Hüseyn Obama 1983-cü ildə Kolumbiya Hüquq Məktəbini biririb. Obama bu mükafata layiq görülən üçüncü ABŞ prezidentidir. Qeyd edək ki, Sülh Nobel mükafatı 1906-cı ildə ABŞ dövlət başçılarından ilk dəfə olaraq Kolumbiya Hüquq Məktəbini bitirmiş 26-cı prezident Teodor Ruzveltə təqdim olunub. Prinston Universitetinin məzunu, 28-ci  prezident Vudro Vilson bu mükafata layiq görülmüş ikinci ABŞ prezidentidir (1919 

Kolumbiya Universitetinin məşhur məzunları

  Barak  Obama  Amerika Birləşmiş Ştatlarının Prezidenti     
  Teodor Ruzvelt      Amerika Birləşmiş Ştatlarının 26-cı Prezidenti  
  Mixail Saakaşvili  Gürcüstan Prezidenti   
  Tomas Hendrik İlves Estoniya Prezidenti  
  Madlen Olbrayt  ABŞ-ın keçmiş dövlət katibi  
  Əbdül Zahir  Əfqanıstanın Baş naziri  
  Martin Çalf  kimyaçı, Nobel mükafatı laureatı  
  Robert Qrabs kimyaçı, Nobel mükafatı laureatı  
  Con Mather   fizik, Nobel mükafatı laureatı  
  Ceyms Hekman    iqtisadçı, Nobel mükafatı laureatı  
  Robert Mandell  iqtisadçı, Nobel mükafatı laureatı  
  Edmund Felps iqtisadçı, Nobel mükafatı laureatı  
  Riçard Aksel  həkim-psixoloq, Nobel mükafatı laureatı  
  Orxan Pamuk yazıçı,  Nobel mükafatı laureatı  

Universitetin Nobel mükafatına layiq görülən məzunlarından digərləri bunlardır: 2008-ci ildə kimyaçı Martin çalf, 2006-cı ildə yazıçı Orxan Pamuk, iqtisadçı Edmund Felps və fizik Con Mather, 2005-ci ildə kimyaçı Robert Qrabs, 2004-cü ildə həkim-psixoloq Riçard Aksel və həkim-psixoloq Linda Bak, 2001-ci ildə iqtisadçı Jozef Stiqlits və kimyaçı Uilyam Stendiş Nols, 2000-ci ildə həkim-psixoloq Erik Kandel və iqtisadçı Ceyms Hekman, 1999-cu ildə iqtisadçı Robert Mandell... 

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili  Kolumbiya Hüquq Məktəbini, Estoniya prezidenti Tomas Hendrik İlves Kolumbiya Universitetinin psixologiya fakültəsini  bitiriblər. ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt da Kolumbiyanın məzunlarındandır. Əfqanıstanın baş naziri Əbdül Zahir bu təhsil ocağında magistr dərəcəsi alıb.

Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox tələbə təhsil alır, onların 20%-ni digər ölkələrdən gələnlər təşkil edir. Xüsusilə burada çin, Cənubi Koreya, Kanada, Hindistan və Yaponiyadan çoxlu tələbələr oxuyurlar. Universitetdə yüksək səviyyədə ixtisaslaşmış professor-müəllim heyəti çalışır. Onların sayı 3500-dən çoxdur.

Bu gün Kolumbiya Universiteti beynəlxalq təhsil və elmi-tədqiqat mərkəzinə çevrilib.

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
16 Oktyabr 2009 - 40
Bakı şəhərində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının keçirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakıda görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu keçirilib
 
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq İbn Ərəbi simpoziumu başa çatıb
 
Bakıda keçirilən "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" mövzusunda Beynəlxalq İbn Ərəbi  simpoziumu işini bölmə iclaslarında davam etdirib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Qara Qarayev adına  gənc pianoçuların I beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransı keçiriləcək
 
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi Cenevrədə keçirilən forumda təqdim olunub
 
Fransa-Azərbaycan dilçilik və təhsil əməkdaşlığı müzakirə edilib
 
ADU-da Mahmud Kaşğarinin 1000 illik yubileyi qeyd olunub
 
Müəllimlərlə yanaşı şagirdlər də bəhrələnə bilərlər
 
Şahmatın inkişafına dövlət qayğısı artır
 
Dünya universitetləri: Kolumbiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov