Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Noyabr 2009 - 43

 
Dünya universitetləri:

Çikaqo Universiteti

 
  Yerləşir: ABŞ, İllinoys ştatı, Çikaqo şəhəri  
Yaranma tarixi: 1890-cı il
Tipi: Özəl
Prezidenti:  Robert Zimmer
İşçi heyəti: 2168 nəfər
Tələbələrin sayı: 5000 nəfər
Aspirantların sayı: 9000 nəfər
Rəsmi saytı: www.uchicago.edu

Çikaqo Universiteti (Universitety of Chicago) ABŞ-ın Çikaqo şəhərində, İllinoys ştatında yerləşən elmi-tədqiqat axtarış mərkəzidir. Bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. Ali məktəb özünün fərqli tədris planı və 1930-cu ildə universitetin prezidenti Robert Maynard Hatçins tərəfindən əsası qoyulmuş təhsil islahatları ilə seçilir. ABŞ-da ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb. "The Times" qəzetinin hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Çikaqo Universiteti 7-ci yerdə sıralanıb.  

Tarixi 

Çkaqo Universiteti 1890-cı ildə neft maqnatı və xeyriyyəçi Con Rokfeller tərəfindən yaradılıb. 1891-ci ildə Uilyam Reyni Harper universitetin rəhbəri təyin edilib və burada ilk dərslər 1892-ci il oktyabrın 1-dən başlayıb.

1898-ci ildə universitetin nəzdində Biznes, 1902-ci ildə isə Hüquq məktəbi yaradılıb. 1906-cı ildə R. Harper vəfat edir və 1923-cü ilədək burada üç prezident dəyişir. Bu dövr ərzində universitetin nəzdində Şərq İnstitutu yaradılır. 1929-cu ildə Robert Hatçins Çikaqo Universitetinə prezident təyin olunur. Prezidentliyi 24 il sürən Hatçins bir çox dəyişiklik edir, o, alimləri universitetə cəlb edərək "Ortaq Nüvə" tədqiqat mərkəzini yaradır və liberal sənət tədris planını həyata keçirir. Onun rəhbərliyi altında Çikaqo Universiteti Xəstəxanaları (Çikaqo Universiteti Tibb Mərkəzi), İctimai Düşüncə Komitəsi yaradılır, tibb fakültəsi açılır. II Dünya müharibəsi dövründə universitet Manhetten layihəsinə önəmli əlavələr edir. 1942-ci ildə Enriko Fermi burada müstəqil nüvə reaksiyaları aparır, plutoniumun izolyasiyası üzrə iş həyata keçirilir.

1962-cı ildə universitetin prezidenti Bidlin kampus torpaqlarını icarəyə verdiyi üçün tələbə hərəkatı baş verir. 1969-cu ildə universitetin 400 tələbəsi məşhur müəllimləri Marle Diksonun işdən çıxarılmasına qarşı çıxaraq bu təhsil ocağının inzibati binasını ələ keçirir və 2 həftə müddətində binanı tərk etmirlər. 1978-ci ildə Anna Holborn Qrey Çikaqo Universitetinin prezidenti seçilir və 15 il bu vəzifədə çalışır.

1999-cu ildə universitetin prezidenti Huqo Sonnensçeyn əsas fənlərin sayını 21-dən 15-ə endirərək məşhur nüvə tədris planını zəiflədir. Bütün mətbuat bu məsələni müzakirə edir, universitet təhsili mövzusu cəmiyyətdə aparılan müzakirələrin mərkəz nöqtəsinə çevrilir, nəticədə prezident Huqo Sonnensçeyn 2000-ci ildə istefa verməli olur. 

Son on ildə Çikaqo Universiteti milyonlarla dollar dəyərində genişlənmə layihələrinə başlayıb. 2008-ci ildən universitetdə Milton Friedman İnstitutu yaradılır. İnstitutun açılmasının təxminən 200 milyon dollara başa gələcəyi və Çikaqo İlahiyyat Seminariyasının binalarında yerləşəcəyi qeyd edilir. Lakin bir çox tələbə və müəllim bu layihəyə qarşı çıxır.

2008-ci ildə investor Devid But Çikaqo Universitetinin Biznes Ali Məktəbinə 300 milyon dollar hədiyyə edib, bu da universitetin tarixində hədiyyə olunmuş ən böyük məbləğdir. 2009-cu ildə 100 milyon dollar dəyərində yeni tədqiqat mərkəzləri və s. layihələr həyata keçirilib. Bunlardan Cerald Ratner İdman Mərkəzini, 10 mərtəbəli Tibbi Tədqiqat Mərkəzini, Culs və Guin Knapp Biotibbi Kəşflər İnstitutunu və s. qeyd etmək olar.  

Universitet bu gün  

Çikaqo Universitetinin kampusu Çikaqo şəhərinin mərkəzində - Hayd-parkda, Miçiqan gölünün yaxınlığında 85 hektarlıq ərazidə (211 akr) yerləşir. Kampusun ərazisində ümumilikdə 243 bina yerləşir. Binalar Oksford Universitetinin binalarına oxşar qotik (orta əsrlərdə Avropada yayılmış memarlıq üslubu) tərzdə inşa edilib. Çikaqo Universitetinin Mitçel qülləsi eynilə Oksford Universitetinin Maqdalena qülləsinə, Hatçinson salonu isə Krist kilsəsinə oxşayır. Kampusun "Ana Dördbucaq" adlanan əsas hissəsinin binaları  memar Henri İves Kobb tərəfindən inşa edilib - altı dördbucaq bina bir böyük dördbucaq meydan əmələ gətirir. 1940-cı illərdən başlayaraq, qotik üslubunu müasir tərzdə inşa edilmiş tikililər əvəz edir.

Barak Obama 1991-ci ildən 2004-cü ilədək Çikaqo Universitetində Konstitusiya hüququ fənnini tədris edib.

2001-ci ildə meksikalı postmodernist Rikardo Liqoretta tərəfindən Maks Palevski ümumi Yataqxanası hazırlanıb. Çikaqo Universitetində ana şəhərcikdən kənarda da tikinti işləri aparılır. Sinqapur, London və Parisdə universitetin binaları fəaliyyət göstərir.

Çikaqo Universitetində təhsil alan tələbələrin 60%-i kampusun ərazisində yaşayır. Burada 38 tələbə yataqxanası var. Aspirant və magistrlərin qalmaları üçün kampusun yaxınlığında 28 bina ayrılıb. Kampusun ərazisində Reynold Klubu adlanan tələbə mərkəzi, muzeylər, teatrlar, restoranlar, ticarət və əyləncə mərkəzləri, idman kompleksləri, bağlar, parklar və s. yerləşir.  

Çikaqo Universitetinin məşhur məzunları 

  Marek Belka Polşanın sabiq prezidenti  
  Qonzalo Sançes de Lozada Boliviyanın sabiq prezidenti  
  Alvaro Maqana  Salvadorun sabiq prezidenti  
  Devid Akselrod Barak Obamanın baş məsləhətçisi  
  Liza Broun Ağ Evin qərargah rəisi  
  Əhməd Çələbi  İraqın baş nazirinin müavini  
  Zalmey Xəlilzad ABŞ-ın BMT-dəki səfiri  
  Ceyms Hormel  ABŞ-ın Lyuksemburqdakı səfiri  
  Luis Alvarez fizika üzrə Nobel mükafatı laureatı  
  Ouen çemberlin fizika üzrə Nobel mükafatı laureatı  
  Ceyms Kronin fizika üzrə Nobel mükafatı laureatı  
  Klinton Devisson fizika üzrə Nobel mükafatı laureatı  
  Cerom Fridman fizika üzrə Nobel mükafatı laureatı  
  Ernest Lourens fizika üzrə Nobel mükafatı laureatı  
  Tsyunq-Dao Li fizika üzrə Nobel mükafatı laureatı  
  Robert Milikan fizika üzrə Nobel mükafatı laureatı  
  Cek Steynberger  fizika üzrə Nobel mükafatı laureatı  
  Ceri Bekker  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Ceyms Buçanan iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Milton Fridman iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Robert Lukas iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Hari Markoviç  iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Paul Samuelson iqtisadiyyat üzrə Nobel mükafatı laureatı  
  Saul Bellou ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Con Maksvell Koets ədəbiyyat üzrə Nobel mükafatı laureatı  
  Herbert Broun kimya üzrə Nobel mükafatı laureatı  
  İrvin Rouz kimya üzrə Nobel mükafatı laureatı  
  Şervud Roland kimya üzrə Nobel mükafatı laureatı  
  Rocer Sperri   tibb üzrə Nobel mükafatı laureatı  
  Edvard Louri Tatum  tibb üzrə Nobel mükafatı laureatı  
  Ceyms Uatson tibb üzrə Nobel mükafatı laureatı  
  Emili Qriin Balç  Sülhün möhkəmləndirilməsi üzrə Nobel mükafatı laureatı  
  Qabriel Almond  Amerika siyasətçisi, Sidney Verba və Harold  Lasuella birgə cəmiyyətin siyasət mədəniyyətinin tədqiqatçısı  

Çikaqo Universitetində İlahiyyat Məktəbi, Biznes Ali Məktəbi, Harris İctimai Siyasət Tədqiqatları Məktəbi, Hüquq Məktəbi, Pritsker Tibb Məktəbi, İctimai Xidmət Rəhbərliyi Məktəbi adlanan altı məktəb və təhsilin davam etdirilməsi üçün Graham ümumi Tədqiqatlar Məktəbi mövcuddur. Məktəblər bioloji, humanitar, təbiət və ictimai elmlər üzrə ixtisaslaşdırılıb. Hüquq Məktəbi Amerika Vəkillər Assosiasiyası, İlahiyyat Məktəbi ABŞ və Kanada İlahiyyat Məktəbləri  Assosiasiyası, Pritsker Tibb Məktəbi Tibbi Təhsil Əlaqə Komitəsi tərəfindən akkreditə olunurlar. Universitetin nəzdində universitetəqədər təhsil məktəbləri də fəaliyyət göstərir (Çikaqo Universitetinin Laboratoriya Məktəbləri, Hayd-park Gündüz Məktəbi, Orthogenic Məktəb, Orta Məktəb Yay Proqramları).

Çikaqo Universitetinin kitabxana sistemi altı arxivdən ibarətdir və ümumilikdə 7,9 milyon cild kitaba malikdir. Universitetin ən zəngin kitabxanası Regensteyn  adlanır. Şəhərcikdə ən böyük bina olan bu kitabxana memar Uolter Netç tərəfindən inşa edilib. Con Krerar adına kitabxanada tibb, biologiya, fizika, fəlsəfə, tarix, texnologiya və s. elmlərə aid olan 1,3 milyon cilddən çox kitab var. Bundan əlavə, universitetdə DTAncelo Hüquq, İctimai Xidmət Rəhbərliyi, Eçkart riyaziyyat və kompüter elmləri kitabxanaları da fəaliyyət göstərir.

Universitet şəhərciyində 12 elmi-tədqiqat institutu və 113 axtarış mərkəzi yerləşir. Bunlardan Şərq İnstitutunu - Yaxın Şərq məsələləri üzrə tədqiqat mərkəzi və muzeyini, Milli Qaynaq Mərkəzini, Arqon Milli Laboratoriyasını, ABŞ Dövlət Enerji Müəssisəsinin bir parçası olan Milli Laboratoriya Sistemini, Fermilab Tədqiqat Laboratoriyasını, Sunspot və Nyu-Mexikoda yerləşən Apaçi Point Rəsədxanasını, Çikaqo Toyota Texnoloji İnstitutunu, İctimai Fikir Araşdırma Mərkəzini və s. qeyd etmək olar.

Universitetin nəzdində ABŞ-ın ən boyük universitet mətbuatı - Çikaqo Universitetinin Mətbuatı fəaliyyət göstərir.

Universitetin alimləri beş bölmədə cəmləşib - biologiya, fiziki, ictimai, bəşəriyyət elmləri və yeni bölmə. Çikaqo Universiteti bir çox əhəmiyyətli təcrübələr və kəşflərin yarandığı məkandır: iqtisadiyyat sahəsi üzrə sərbəst bazar haqqında irəli sürülmüş fikir, Robert Millikanın "neft-damla təcrübəsi", elektron yükünün hesablanması, radiokarbonun tarixləşdirmə inkişafı...

Çikaqo Universiteti İdarə Heyəti tərəfindən koordinasiya edilir. Heyət universitetin prezidenti daxil olmaqla 50 nəfərdən ibarətdir, universitetin inkişaf planına və edilən yardımlara nəzarət edir. 2009-cu ilin avqustundan universitetin prezidenti Robert Zimmer, İdarə Heyətinin rəhbəri isə Endryu Alper seçilib. Çikaqo Universitetində 2168 professor-müəllim heyəti - yüksək səviyyədə ixtisaslaşmış mütəxəssis, 12460-dan çox tibb xidmətçisi və s. fəaliyyət göstərir. Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Barak Obama da bir müddət Çikaqo Universitetində müəllim kimi fəaliyyət göstərib. O, 1991-ci ildən 2004-cü ilədək bu ali təhsil müəssisəsinin Hüquq Məktəbində Konstitusiya hüququ fənnindən dərs keçib. Barak Obamanın həyat yoldaşı Mişel Obama isə Çikaqo Universitetinin Tibb Mərkəzində işləyib.

Universitet bütün il boyu fəaliyyət göstərir. Dərslər sentyabrın əvvəllərində başlayır, iyunun ortalarında bitir. Yay aylarında isə burada müxtəlif yay məktəbləri fəaliyyət göstərir. Çikaqo Universitetində 14000-dən çox tələbə təhsil alır, onlardan 5000-i bakalavr, qalanları  isə magistr və aspirantlardır. Burada təhsil alan tələbələrin 18%-ni əcnəbilər, 23%-ni yerli etnik azlıqlar, 45%-ni isə qadınlar təşkil edir.

Çikaqo Universitetinin çoxlu sayda dünya şöhrətli məzunları var. Onlardan 85-i Nobel mükafatına layiq görülüb.

Bu gün Çikaqo Universiteti sürətlə inkişaf edən beynəlxalq elmi-tədqiqat mərkəzinə çevrilib. Xüsusilə universitetin fizikləri, iqtisadçıları, kimyaçıları, hüquqşünasları bütün dünyada məşhurdur. Dünya elminin inkişafında bu təhsil ocağının müstəsna xidmətləri var.

 

Hazırladı:
Lamiyə ƏLİYEVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Dünya universitetləri" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
6 Noyabr 2009 - 43
V.M.Məmmədəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
F.F.Qasımzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin 90 illik yubileyi keçirildi
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməli qoyulub
 
Malayziya universitetlərinin növbəti sərgisi keçirildi
 
"Qaynar xətt" xidmətinə sentyabr-oktyabr aylarında 62 müraciət daxil olub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan-Almaniya təhsil əlaqələri genişlənir
 
2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
Təhsil ocağının 15 illik yubileyi qeyd olundu
 
Bölgələrdə peşə təhsilinə diqqət artır
 
Donuz qripindən necə qorunmalı?
 
Şahmat ənənələrini layiqincə davam etdirən məktəb
 
"Mənəviyyat və narkomaniya" mövzusunda tədbir keçirilib
 
Çikaqo Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov