Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

13 Noyabr 2009 - ¹44

 

İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər

 

Dünya Bankı 27-29 oktyabr 2009-cu il tarixlərində Monteneqro Respublikasının Budva şəhərində "İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi" mövzusunda beşinci konfransını keçirmişdir. Konfransda Azərbaycanın nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xəqani Rzayev və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri Nərminə Bayramova iştirak etmişlər. 

Konfransda dünyanın 31 ölkəsi 112 nəfər iştirakçı ilə təmsil olunurdu. Belə ki, Albaniya, Xorvatiya, Litva, Makedoniya, Monteneqro və Ermənistanın təhsil nazirləri, Albaniya, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Türkiyə və Monteneqrodan universitet rektorları, digər Avropa və Mərkəzi Asiya ölkələrinin təhsil nazirliklərinin rəhbər əməkdaşları və Dünya Bankından 34 nəfər rəhbər mütəxəssis iştirak edirdilər.

Konfransda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdu:

-Ali təhsilin maliyyələşmə sistemləri müasir, səmərəli və dinamik ali təhsil müəssisələrinə dəstək olmaq üçün necə qurulmalıdır?

- Maliyyələşmə sistemləri  tədris və təlim, tədqiqat və innovasiyalar, ali təhsilin digər əsas funksiyaları baxımından keyfiyyətin təmin olunmasını nə dərəcədə yüksəldə bilər? 

- Yüksək iqtisadi təzyiq və iqtisadi böhranın hökm sürdüyü bir zamanda maliyyələşmə sistemləri ali təhsil sistemlərinin müasirləşdirilməsinə imkan yaradırmı?

Konfrans giriş, plenar və qrup sessiyalardan ibarət olmaqla 2 gün davam etdi və bu tədbirin açılış mərasimi  Monteneqronun Baş naziri Milo Cukanovic və Dünya Bankının təhsil sektorunun direktoru Elizabet Kinqin giriş sözləri ilə başladı. Onlar öz nitqlərində ali təhsilin iqtisadi artım, sosial inkişaf və tərəqqinin əsas hərəkətverici qüvvəsi kimi tanındığı, bütün dünyada yüksək səviyyəli bacarıqlara və ali təhsilə olan tələbatın artdığı bir dövrdə ali təhsildə səmərəliliyin, yüksək keyfiyyətin və davamlı maliyyələşmənin təmin edilməsi baxımından keçirilən konfransın əhəmiyyəti barədə geniş məlumat verdilər.

Giriş sessiyasında "İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi" mövzusunda Monteneqronun  elm və təhsil naziri E.P.Sreten Şkuletiç, Dünya Bankının  ali təhsil məsələləri üzrə müşaviri Cəmil Səlmi, İrlandiya Dublin Texnologiya İnstitutunun direktoru Ellen Xazelkorn, Dünya Bankında təhsil sektorunun direktoru Elizabet Kinq, Avropa Təhsil Fondunun əməkdaşı Henrik Faudel, Dünya Bankı iqtisadçısı Lars Sonderqard, Lissabon İnsan kapitalı Mərkəzinin direktoru Pyer Ederer, Dünya Bankının  sektor rəhbəri Mamta Murti, Dünya Bankının təhsil sahəsi üzrə iqtisadçısı Xuan Diyeqo Alonso  tərəfindən təqdimatlar edildi.

Plenar və qrup sessiyalarında isə "Ali təhsilin maliyyələşdirilməsində ədalət, keyfiyyət və effektlilik necə təmin edilməlidir?" mövzusunda çilinin Təhsil Nazirliyinin layihə koordinatoru Rikardo Rayx, Nyu-York Dövlət Universitetinin  professoru Bryus Conston, Dünya   Bankının  təhsil üzrə aparıcı mütəxəssisi Morin Maklaflin və Dünya Bankının təhsil üzrə aparıcı mütəxəssisi Xuan Manuel Moreno təqdimatlarla çıxış etdilər.

Konfransın ikinci günündə ayrı-ayrılıqda "Maliyyələşdirmə, keyfiyyət və şəffaflığın təminatı", "İqtisadi böhran zamanı ali təhsilin maliyyələşdirilməsi-institusional strategiyalar", "Avropa və Mərkəzi Asiya ölkələrində maliyyələşdirmə və idarəetmə problemləri və onların həlli yolları" və "özəl ali təhsilin maliyyələşdirilməsi" mövzularında 4 paralel iclas keçirildi.Azərbaycanın nümayəndə heyəti  "Maliyyələşdirmə, keyfiyyət və şəffaflığın təminatı" adlı birinci paralel iclasda iştirak etdi. Həmin iclasda Niderland Tventi Universitetində ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans Vossenşteyn, İsveçrə ali təhsilin keyfiyyətinin təminatı şəbəkəsinin sədri Jak Lanares, Litva elm və təhsil naziri Qintaras Steponaviçyus, Dünya Bankının ölkələr üzrə sektor koordinatoru Alberto Rodriqes, Dünya Bankının təhsil üzrə böyük mütəxəssisi Rik Hopper maraqlı təqdimatlarla iştirakçıların diqqətini cəlb etdilər.

Konfransın giriş sessiyasında "İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi" mövzusunda çıxış edən   Monteneqronun elm və təhsil naziri Sreten Şkuletiç iqtisadi böhranın ali təhsilə təsirləri barədə danışdı və bildirdi ki, iqtisadi böhran təhsil haqqı ödəyən tələbələr, həmçinin  yeni ali təhsil müəssisələrinin yaradılması və yeni təhsil proqramlarının işlənməsi üçün imkanları məhdudlaşdırır. Nəticədə ali təhsil almaq istəyənlərin müəyyən hissəsi üçün qeyri-münasib şərait yaranır və bu da son nəticədə  ali təhsilli kadr potensialının aşağı düşməsinə səbəb olur. Sreten Şkuletiç öz təqdimatında iqtisadi böhrana qalib gəlmək üçün  daha bilikli, səriştəli və savadlı kadrlara ehtiyacın olduğunu, lakin iqtisadi böhran vəziyyətində ali təhsilə yönəldilən resursların azalması ilə əlaqədar belə kadrlara olan  tələbatın ödənilməsinin  çətinləşdiyini bildirdi və bu səbəbdən hətta iqtisadi böhran dövründə də ali təhsilin zəruri vəsaitlərlə təmin olunmasının vacibliyini xüsusi vurğuladı.

Giriş sessiyasındakı digər təqdimatlardan biri Dünya Bankının  ali təhsil məsələləri üzrə müşaviri Cəmil Səlminin "İqtisadi böhranın ali təhsilə təsiri" mövzusunda çıxışı oldu.  Cəmil Səlmi böhranın ali təhsilə təsirləri barədə danışdı. O, bildirdi ki, iqtisadi böhran nəticəsində təhsilin dövlət maliyyələşməsi, tədqiqatların aparılması və  tələbələrə ayrılan yardımlar ixtisara düşməyə başlayır, özəl sektordan əldə olunan gəlirlər (yardımlar, ianələr,  müqavilələr üzrə təhsil haqları) azalır, məzunların işsizliyi artır və nəticədə müvafiq resursların azalması ilə əlaqədar keyfiyyət aşağı düşür. Böhran nəticəsində yaranmış vəziyyətə  ali təhsil müəssisələrinin reaksiyasından söz açan məruzəçi qeyd etdi ki, bu zaman ali təhsil müəssisələri əsasən öz fəaliyyətləri ilə bağlı bəzi xərcləri  ixtisara salır və gəlirlərin çoxaldılması istiqamətində tədbirlər görməyə başlayırlar. Cəmil Səlmi həmçinin iqtisadi böhranla bağlı yaranmış vəziyyətdə dövlətin ali təhsilə dəstəyinin zəruri olmasından bəhs edərək bildirdi ki, bu zaman tələbə  təqaüdlərinin  artırılması, tələbələrə güzəştli kreditlərin, borcların  verilməsi üçün müvafiq proqramların  hazırlanması və ali təhsilin hökumətin iqtisadi stimullaşdırma planlarına aid edilməsi mühüm əhəmiyyət kəsb edir. Cəmil Səlmi daha sonra müxtəlif dünya ölkələrində ali təhsil müəssisələrinin büdcələrinin tərkibində onların dövlət büdcəsindən əldə etdikləri  vəsaitlər istisna olmaqla öz gəlirlərinin xüsusi payı və universitetlərin müxtəlif illər ərzində ixtisaslaşma səviyyələrinin artımı barədə diaqramlar üzərində məlumatlar nümayiş etdirdi.

Konfransın plenar iclasında çilinin Təhsil Nazirliyinin layihə koordinatoru Rikardo Rayx ölkədə ali təhsilin maliyyələşdirilməsi istiqamətində son on il ərzində aparılan islahatlar və bu islahatların nəticələri barədə məlumat verdi. öz təqdimatında o, çilidə ali təhsilin maliyyələşməsində  on il bundan əvvəlki vəziyyət barədə danışdı. Həmin dövrdə ali təhsilin maliyyələşdirilməsində əsas yeri dövlətdən olan baza maliyyələşmə tuturdu və bu da kifayət edəcək səviyyədə deyildi. Bu isə nəticədə tələbələrin və ali təhsil müəssisələrinin  daha çox maliyyə köməyinə ehtiyacını şərtləndirirdi. Rikardo Rayx həmçinin həmin dövrdə çilidə akkreditasiya sisteminin olmamasını və ali təhsilin maliyyələşdirilməsi prosesində rəqabət və cavabdehliyin qeyri-qənaətbəxş səviyyədə olmasını qeyd etdi. Məruzəçi ali təhsilin maliyyələşdirilməsində on il bundan əvvəlki və hazırkı vəziyyətlərini əyani şəkildə nümayiş etdirdi.

Sonda Rikardo Rayx aparılan islahatlar nəticəsində son 10 il ərzində  çilinin ali təhsilində aşağıdakı əsas  nəticələrə  nail olunduğunu qeyd etdi:

- Tarixi kriteriyalara əsasən ənənəvi maliyyələşdirmə fəaliyyətin   nəticələrinə əsaslanan maliyyələşdirmə ilə əvəz olunmağa  başlamışdır;

-Müəllimlərin ixtisas səviyyəsinin yüksəldilməsi siyasəti elmi   potensialın və aspiranturanın inkişafına səbəb olmuşdur;

-İnfrastrukturun yeniləşdirilməsi tələbələrin keyfiyyətli təhsil əldə etmə imkanlarını əhəmiyyətli dərəcədə artırmışdır;

-Regionlardakı ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin həcmi  artırılmışdır;

-Elmi əlaqələrin yaradılması stimullaşdırılmışdır;

-Fəaliyyətin son nəticələrinə əsaslanan idarəetmə metodu tətbiq  edilmişdir;

-Təhsil proqramlarının və təhsil müəssisələrinin müvafiq qanun əsasında milli akkreditasiya sistemi yaradılmışdır;

-Fəaliyyətin nəticələrinə əsaslanan eksperimental  müqavilələrin   həyata keçirilməsinə başlanılmışdır;

-Aztəminatlı tələbələrə kömək üçün tədbirlər görülmüşdür;

-Kitabxanalar müasirləşdirilmişdir;

-İKT və yeni texnologiyalar təhsil prosesinə inteqrasiya edilmişdir;

-Laboratoriyalar yeni və müasir avadanlıqlarla təmin olunmuşdur;

-Təhsil müəssisələrinin binaları genişləndirilmiş və təmir   olunmuşdur;

-İdarəetmədə özünüqiymətləndirmə, strateji təhlil və planlaşdırma tətbiq edilməyə başlanılmışdır;

-Qərarların qəbul edilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə  institusional təhlilin aparılması tətbiq edilir;

-Təhsil prosesinin təkmilləşdirilməsi və İKT-nin inteqrasiyası üçün  yeni təhsil strukturları yaradılmışdır;

-Son nəticələrə əsaslanan idarəetmə və maliyyələşdirmə   metodlarından istifadə olunur.

Konfransda maraq doğuran təqdimatlardan digəri birinci paralel iclasda  Niderland Tventi Universitetində ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans Vossenşteynin  "Xərclərin bölüşdürülməsi" mövzusunda oldu. O, əvvəlcə tələbənin büdcəsinin formalaşmasının mümkün modelini  slayd üzrə əyani şəkildə nümayiş etdirdi.   

Sonra o, xərclərin bölüşdürülməsi üzrə dünya tendensiyaları, təhsil haqqının tətbiqi və tələbə qrantları və borcları barədə  danışaraq bildirdi ki, təhsil haqlarının tətbiqi (ödənişli təhsil)  ali təhsil məktəblərinin mövcud tələbatlara qarşı çevikliyini və keyfiyyəti, həmçinin  tələbələrin məsuliyyətini artırır.Borclar isə tələbələri daha düşüncəli olmağa vadar edir və onlar təhsillərini daha tez başa vurmağa çalışırlar. 

(Ardı var) 

Ş.ƏLİYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
İqtisadiyyat şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
13 Noyabr 2009 - ¹44
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər
 
Böyük elmə bəxş edilmiş ömür
 
"Mən Azərbaycan türküyəm" adlı bədii-musiqili tədbir keçirilib
 
Bilik və mənəviyyat ocağı
 
Vətənpərvər gənclər yetişdirmək təhsilimizin ən önəmli vəzifələrindəndir
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov