Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Noyabr 2009 - ¹45

 

Təhsil naziri Bərdə və Ağdam  rayonlarında olub

 

Noyabrın 12-də "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və  alternativ qayğı Dövlət Proqramı (2006-2015- ci illər)" çərçivəsində Bərdə şəhər  qarışıq tipli internat orta məktəbi nəzdində  yaradılan "Günərzi  qayğı mərkəzi"nin açılış mərasimi oldu.Tədbirdən əvvəl təhsi naziri  Misir Mərdanov Bərdə rayon rəhbərliyi ilə birlikdə ulu öndər Heydər Əliyevin xatirəsini  ehtiramla anaraq abidəsi önünə gül dəstəsi qoydu.

Mərasimdə iştirak edən təhsil naziri Misir Mərdanov bildirdi ki, mərkəzin  yaradılmasında məqsəd uşaqların bu müəssisəyə düşməsinin qarşısının alınmasıdır.Bərdə şəhəri  ərazisində yaşayan, risk  qrupuna daxil olan aztəminatlı ailələrin uşaqları və sağlamlıq imkanları məhdud olan uşaqlar bu mərkəzə cəlb ediləcək. Mərkəz 50 nəfər məktəbəqədər və məktəbyaşlı sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Burada psixoloq, loqoped,  inkişaf terapiyası (yəni uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. Psixoloq uşaq və onun ailəsi ilə kompleks şəkildə  iş aparacaq və müxtəlif xidmətləri həyata keçirəcək. Bu mərkəz gün ərzində 10- 12  saat fəaliyyət göstərəcək. Burada hər bir  uşaq üçün  ayrıca fərdi qayğı planı hazırlanacaq və  ona  müvafiq olaraq uşaqlarla iş aparılacaq. Məqsəd  mərkəzdə hər bir uşağa  göstərilən qayğı nəticəsində onun cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasını təmin etməkdir.

Məktəbyaşlı uşaqların( 1-8-ci siniflərarası) burada dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulur. Uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması mərkəz tərəfindən təmin ediləcək.

Sonra nazir rayon rəhbərliyi ilə birlikdə  rayonun 4,6,8 nömrəli orta,  12 nömrəli Ağdam rayon  köçkün, 2008- 2009-cu tədris ilində "Ən yaxşı ümumtəhsil məktəbi"müsabiqəsinin qalibi olmuş 2 nömrəli şəhər beynəlmiləl orta məktəblərində, Zərifə Əliyeva adına Bərdə şəhər texniki fənlər təmayüllü məktəb-liseydə, şəhər 5 nömrəli  orta məktəbdə əməkdar müəllim Minayə Nəbbaqinin dərs keçdiyi  Azərbaycan tarixi kabinetində,  Uşaq-Gənclər Şahmat Məktəbində, Heydər Əliyev və Tarix-Diyarşünaslıq muzeylərində oldu.

Günün ikinci yarısında rayonda təhsil işçilərinin iştirakı ilə müşavirə keçirildi.Tədbiri giriş sözü ilə Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rahilə İsmayılova açdı və sözü  təhsil naziri Misir Mərdanova verdi. Nazir  xalqımızın  ümummilli lideri Heydər Əliyevin və onun layiqli  davamçısı Prezident İlham Əliyevin ölkədə  təhsilin inkişafına göstərdikləri əvəzsiz qayğı və diqqətdən ətraflı  danışdı.

Rayonda XI siniflər üzrə keçənilki buraxılış imtahanlarının nəticələrindən söz açan nazir Misir Mərdanov məktəb direktorlarını gələcəkdə bu işdə  daha məsuliyyətli olmağa çağırdı və  keçən ildən fərqli olaraq, bu il IX siniflər üzrə  imtahanların da mərəkzləşdirilmiş qaydada keçiriləcəyini nəzərə çatdırdı.

Təhsil sahəsində  qiymətləndirmə sisteminə toxunan nazir  hər bir rayonda olduğu kimi, Bərdədə də  nümunəvi  bir məktəb-liseyin  yaradılmasını vurğuladı.

Şagirdlərin məktəbli forması geyməsinə  münasibətini bildirən təhsil naziri 2009-2010-cu dərs ili ərzində orta məktəblərin lazımi avdanlıqlarla, dərslik və dərs vəsaiti ilə təmin olunması sahəsində  heç bir problemin olmadığını da söylədi və Bərdə rayon təhsil işçilərinin qarşısında duran  vəzifələrdən danışdı.

Rayonun beş müəllimi "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olundu. 

Sonra təhsil naziri rayon rəhbərliyi ilə birlikdə  Heydər Əliyev və Tarix-Diyarşünaslıq muzeylərində oldu və hər iki muzeyin xatirə kitabına  ürək sözlərini yazdı.

***

Noyabrın 13-də Ağdam  rayonuna gələn təhsil naziri Misir Mərdanov rayon icra hakimiyyətinin  başçısı  Nizami Sadıqovla  birlikdə  ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyduqdan sonra Heydər Əliyev muzeyində oldu.  Rayon təhsil şöbəsi üçün yeni tikilmiş  inzibati binanın tikintisi  ilə tanış oldu, Soltanbud kənd, Bənövşələr qəsəbəsində 2 nömrəli orta məktəblərdə, həm də  Xındırıstan kənd  körpələr evi-uşaq bağçasına baş çəkdi .Həmin təhsil müəssisələrində sinif otaqlarına, kompüter  kabinetlərinə, laboratoriyalara, kitabxanalara, idman və iclas zalına baxdı.  

Həmin gün  rayonun Quzanlı Mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə  müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə  açan  rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova ilk sözü  təhsil naziri Misir Mərdanova verdi.

Nazir bildirdi ki, Ağdam rayonu Azərbaycanın ən böyük rayonlarındandır, lakin ərazisinin xeyli hissəsi düşmən tapdağı altındadır.Bu gün ölkə başçısının  bu istiqamətdə  apardığı  siyasət  ondan ibarətdir ki, bütövlükdə işğal altında olan torpaqlarımız işğaldan azad olmalıdır.Möhtərəm Prezidentimizin məqsədyönlü və səmərəli, qətiyyətli siyasəti nəticəsində  ölkəmiz bu gün inkişaf edir və möhkəmlənir. Xüsusən, ordu quruculuğu  sahəsində sox sevindirici  uğurlarımız var.

Misir Mərdanov bildirdi ki, Ağdamın bir neçə  tədris müəssisəsində olduq  və gördüklərimiz  bizi çox sevindirdi. Azərbaycanın hər yerində olduğu kimi, bu rayonda da quruculuq  və abadlıq işləri sürətlə gedir. İndi Ağdam məktəblərinin respublikanın hər yerinə səpələnməsi  idarəçilikdə  müəyyən çətinliklər  yaratsa da, XI siniflərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri göstərdi ki, rayonun təhsil sahəsindəki nəticələri başqa rayonlarla müqayisədə  müsbətdəir.

Təhsil naziri  Misir Mərdanov son illərdə ölkədə 2000-nə yaxın məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu müşavirə iştirakçılarının nəzərinə çatdırdı.çətinliklərə baxmayaraq, Ağdam rayonunda da bu istiqamətdə gedən işlərdən, o cümlədən xeyli məktəb binasının  və körpələr evi-uşaq bağçasının tikilib istifadəyə verildiyi bildirildi.

Təhsilin keyfiyyətini yüksəltməyin qarşıda mühüm vəzifə kimi durduğunu, bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vrğuladı.

Müəllimlərin ixtisasartırma  və yenidənhazırlanma kurslarından keçmələri üçün onlara yaradılan  şəraitdən və yeniliklərdən söz açan təhsil naziri Misir Mərdanov çıxışının sonunda Ağdamın təhsil işçilərinə uğurlar arzuladı. 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
20 Noyabr 2009 - ¹45
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında  xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru adı verilib
 
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı
 
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar
 
Gimnaziyada konfrans zalı açıldı
 
"Təhsil lüğəti" kitabının təqdimatı oldu
 
Görkəmli pedaqoq alimin yubiley tədbiri
 
İxtisasartırmada yeni model vacibdir
 
Tələbələrin 58-ci elmi-texniki konfransı öz işinə başladı
 
Təhsil naziri Bərdə və Ağdam  rayonlarında olub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd olundu
 
Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə gününə həsr olunmuş tədbir
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası 
 
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər
 
"Uşaq ili"nə həsr edilmiş xeyriyyə konserti və qaliblərin mükafatlandırılması
 
Bir müəllimin izahatında 40 səhv varsa...
 
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı
 
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar
 
Gimnaziyada konfrans zalı açıldı
 
"Təhsil lüğəti" kitabının təqdimatı oldu
 
Görkəmli pedaqoq alimin yubiley tədbiri
 
İxtisasartırmada yeni model vacibdir
 
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı
 
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar
 
Gimnaziyada konfrans zalı açıldı
 
"Təhsil lüğəti" kitabının təqdimatı oldu
 
Görkəmli pedaqoq alimin yubiley tədbiri
 
İxtisasartırmada yeni model vacibdir
 
Massaçusets Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov