Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

20 Noyabr 2009 - ¹45

 

İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər

 

(Əvvəli qəzetimizin ötən sayında) 

Konfransda Niderlandın Tventi Universitetinin ali təhsil siyasətinin öyrənilməsi üzrə mərkəzin koordinatoru Hans Vossenşteyn  "Xərclərin bölüşdürülməsi və ali təhsildə ədalət: on üç təklif" adlı təqdimatla çıxış etdi. Hans Vossenşteyn öz çıxışını, əsasən, aşağıdakı on üç təklif üzərində qurdu:

1. Bütün ölkələrdə təhsil xərclərinə  olan tələbat uzunmüddətli  trayektoriya üzrə getdikcə artır və bu xərclər mövcud inflyasiya templərini  çox zaman üstələyir.

2. Eyni zamanda dövlətin gəlirləri, əsasən vergilərdən əldə olunan gəlirlər daha asta templərlə, tədricən artır.

3. Nəticədə ali təhsil üçün nəzərdə tutulan dövlət  gəlirlərinin bir hissəsinin digər daha sosial və siyasi cəhətdən mühüm əhəmiyyətli tələbatların ödənilməsinə yönəldilməsi baş verir.

4.  Ali təhsilə ayrılan xərclərin azaldılması ilə əlaqədar dövlət tərəfindən sərt tədbirlər görülür və bu isə sonda  ali təhsildə keyfiyyətin və potensialın aşağı düşməsinə     səbəb olur.

5. Bütün bu proseslər abituriyentlərin, tələbələrin bərabər imkanlarla ali təhsil almaq hüquqlarını müəyyən dərəcədə məhdudlaşdırır.

6. Qeyd olunan problemlərin əsasən xərclər və gəlirlər baxımından iki  həll yolu vardır.

7. Xərclərin azaldılması baxımından vəziyyətdən çıxış yolu səmərəliliyin yüksəldilməsini, effektivliyin artırılmasını, əsasən ali təhsil sektorunda diversifikasiyanı (ali təhsil müddətinin qısaldılmasını), universitetlərin və universitetlərdə idarəetmənin səhmləşdirilməsini təklif etmək olar.

8. Gəlirlərin artırılması baxımından isə aşağıdakıları təklif etmək olar:

- Universitetin və ya fakültənin sahibkarlıq fəaliyyəti ilə məşgul olması;

- Xeyriyyəçilik məqsədlərindən istifadə;

- Xərclərin bir hissəsinin valideynlər və ya tələbələr  tərəfindən ödənilməsi, yəni  xərclərdə pay bölgüsü.

9. Xərclərdə pay bölgüsünün müxtəlif variantları vardır:

- Valideynlər və tələbələr tərəfindən təhsil üçün verilən  avans ödənişləri;

- Yemək və yaşayış xərclərinin artırılması;

- Tələbələrə verilən müavinətlərin, təqaüdlərin azaldılması;

- Borcların, kreditlərin alınması.

10. ümumilikdə, bir sözlə desək, ali təhsilə olan tələbat konkret sərt məbləği - təhsil haqqını şərtləndirir.

11. Əgər güzəştli tələbə kreditlərinin, borclarının  verilməsi tətbiq edilərsə, cəmiyyətin ali təhsil sektorunda iştirak imkanları artar.

12. Ali təhsil sektorunda iştirak imkanlarının artırılması, hamının bərabər təhsil almaq imkanlarının yüksəldilməsi təhsildə ədalətlilik prinsipinə xidmət edir.

13. Ali təhsil müəssisələri yaranmış problemlərin həlli ilə əlaqədar xərclər və gəlirlər baxımından daha optimal yollar seçməli və bu zaman ali təhsildə ədalətlilik prinsipini qorumağa çalışmalıdırlar.  

Konfransın birinci paralel iclasında  digər maraqlı məruzələrdən biri də Litvanın elm və təhsil naziri  Qintaras Steponaviçyusun Litvanın ali təhsilində cari ildən icrasına başlanılmış islahatlar barədə təqdimatı oldu. O, öz təqdimatında əvvəlcə ali təhsil sistemində aparılan islahatların milli və qlobal kontekstindən danışdı və bildirdi ki,   Litva tələbələrinin sayına görə Avropada yüksək göstəriciyə malik olsa da, ali təhsilə ayrılan maliyyə vəsaitlərinin həcminə görə digər Avropa ölkələrindən çox geri qalır. Universitet və tədqiqat institutlarının şəbəkəsi qeyri-rasional şəkildə bölünmüşdür və biznes sferası ilə elmi-tədqiqat institutları arasında əlaqələr zəifdir. Qintaras Steponaviçyus həmçinin qeyd etdi ki, dünya universitetləri arasında qlobal rəqabətin olması, elit səviyyədən daha kütləvi ali təhsil səviyyəsinə keçidin zəruriliyi, yeni islahatlar üçün iqtisadi problemlərin həlli, səmərəliliyin artırılması, müasir qlobal iqtisadiyyata uyğunlaşmaq baxımından ali təhsildə islahatların aparılması vacibdir. Bundan əlavə, Qintaras Steponaviçyus Litvanın ali təhsilində aparılan islahatın məqsədləri barədə məlumat verərək bildirdi ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ali təhsil almaq istəyənlərin hamısı üçün münasib imkanlar və zəruri şəraitin yaradılması, ali təhsilin ölkənin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilməsi və ali təhsilə ayrılan bütün resurslardan səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Qintaras Steponaviçyus həyata keçirilən islahatın aşağıdakı əsas prinsiplərini qeyd etdi:

- Rəqabət və bazar prinsipləri; 

- Sistematik və ədalətli yanaşma;

- Ali təhsil müəssisələrinin və tələbələrin səlahiyyətlərinin artırılması; 

- Akkreditasiyanın şəffaf və effektiv sisteminin yaradılması;

- Ali təhsil müəssisələrində müasir idarəetmə;

- Müstəqillik və cavabdehlik;

- Əldə olunan nəticələrə görə dövlət maliyyələşməsi.

Qintaras Steponaviçyus təqdimatını davam etdirərək islahatda nəzərdə tutulan əsas tədbirlərdən danışdı və bildirdi ki, yeni dəyişikliklərə uyğun olaraq bakalavr pilləsi üzrə dövlət maliyyə vəsaitlərini birbaşa ali məktəblərə deyil, tələbələrə verir. Belə ki, bakalavr pilləsində dövlət maliyyələşməsi ən yaxşı məktəb məzunlarına vauçerlərin verilməsi ilə təmin edilir. Bu zaman dövlət tərəfindən maliyyə dəstəyi əldə edən tələbələr dövlət və özəl olmasından asılı olmayaraq, təhsil alacaqları ali məktəbi seçməkdə azaddırlar. 

Sonda Qintaras Steponaviçyus Litvanın ali təhsil sistemində yeni başlamış islahatın ilkin nəticələri barədə məlumat verərək qeyd etdi ki, dövlət maliyyəsi ən yaxşı tələbələrə verilir, kifayət qədər tələbə cəlb edə bilməyən bir sıra tədris proqramları ləğv olunur, texniki peşə məktəblərinə üz tutanların sayı yüksəlir və kiçik ali təhsil müəssisələri birləşməyə maraq göstərirlər.

ümumilikdə konfrans çox səmərəli keçdi və iclaslarda ali təhsilin maliyyələşdirilməsi mövzusunda müxtəlif ölkələrin təcrübəsi baxımından geniş müzakirələr aparıldı.

Hazırda Azərbaycanda 36 dövlət və 14 özəl ali məktəb fəaliyyət göstərir. Dövlət ali təhsil müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsi və ödənişli təhsildən əldə olunan vəsaitlər hesabına həyata keçirilir. Məlumat üçün bildirək ki, 2009-cu il üzrə Təhsil Nazirliyindən maliyyəşdirilən ali təhsil müəssisələrinin büdcəsinin 19%-ni ödənişli təhsildən əldə olunan vəsaitlər, 81%-ni isə dövlət büdcəsindən ayrılan vəsaitlər təşkil edir.

Azərbaycanda da gələcəkdə  ali təhsilin maliyyələşdirilməsində dünyada mövcud olan mütərəqqi  maliyyələşmə metodlarının, əsasən adambaşına və yaxud əldə olunan nəticələrə görə maliyyələşdirmənin tətbiqi, ali təhsil almaq istəyənlərə əldə etdikləri nəticələrə görə təhsil almaq üçün dövlət vəsaitlərinin verilməsi (vauçer metodu) və onların təhsil alacaqları ali təhsil müəssisələrinin seçilməsində müvafiq qaydalar çərçivəsində maksimum sərbəstlik imkanının təmin olunması, nəticədə ali təhsil müəssisələri arasında mükəmməl rəqabətin yaradılması  həm dövlət, həm də özəl ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.  

Şahrza ƏLİYEV,
Təhsil Nazirliyinin İqtisadiyyat
şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
20 Noyabr 2009 - ¹45
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında  xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Prezidenti İlham Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru adı verilib
 
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı
 
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar
 
Gimnaziyada konfrans zalı açıldı
 
"Təhsil lüğəti" kitabının təqdimatı oldu
 
Görkəmli pedaqoq alimin yubiley tədbiri
 
İxtisasartırmada yeni model vacibdir
 
Tələbələrin 58-ci elmi-texniki konfransı öz işinə başladı
 
Təhsil naziri Bərdə və Ağdam  rayonlarında olub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd olundu
 
Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə gününə həsr olunmuş tədbir
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası 
 
İqtisadi böhran dövründə ali təhsilin maliyyələşdirilməsi. Dünya Bankının V konfransından qeydlər
 
"Uşaq ili"nə həsr edilmiş xeyriyyə konserti və qaliblərin mükafatlandırılması
 
Bir müəllimin izahatında 40 səhv varsa...
 
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı
 
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar
 
Gimnaziyada konfrans zalı açıldı
 
"Təhsil lüğəti" kitabının təqdimatı oldu
 
Görkəmli pedaqoq alimin yubiley tədbiri
 
İxtisasartırmada yeni model vacibdir
 
Doktorant və gənc alimlər üçün Təqaüd Proqramı
 
Uşaq hüquqları ilə bağlı müsabiqə qalibləri mükafatlandırıldılar
 
Gimnaziyada konfrans zalı açıldı
 
"Təhsil lüğəti" kitabının təqdimatı oldu
 
Görkəmli pedaqoq alimin yubiley tədbiri
 
İxtisasartırmada yeni model vacibdir
 
Massaçusets Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov