Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"

 

Dekabrın 5-də 201 nömrəli orta məktəbdə  "Uşaq  ili"nə həsr olunmuş  "Dünya sənin, dünya  mənim, bizlər isə bu Vətənin" adlı  tədbir keçirilmişdir.

Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, təhsil nazirinin  müavini Elmar Qasımov, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Valideyn-Müəllim Assosiasiyasının prezidenti Təranə Şərifova, YAP Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, H.Əliyev adına Neft  Emalı Zavodunun direktoru Elman İsmayılov, Bakı Şəhəri üzrə Təhsil  İdarəsinin müdir müavini  Məhəbbət Qarabağlı, Azərbaycan Respublikası Ombudsman aparatının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb direktorları, müəllimlər, valideyn və şagirdlər iştirak edirdilər.

Məktəbin direktoru  Süsən  Salmanova   iştirakçıları salamlayıb ölkəmizdə  uşaqlara göstərilən diqqət və qayğıdan, onların təhsil alması üçün yaradılan şəraitdən danışdı.

Sonra söz şagirdlərə verildi. Onlar üzərlərinə düşən vəzifələrin Vətən qarşısında borclarından, müasir gəncliyə  yiyələnməsi vacib olan keyfiyyətlərdən danışdılar. Onların ifasında maraqlı bədii  proqram təqdim olundu.  Şagirdlərdən Aysel Məmmədovanın, Aliyə Mürsəlovanın, Ləman Rəcəbovanın, Sevinc  Quliyevanın, Kamran Tağızadənin, Faiq Xıdırovun, Səmayə Piriyevanın  söylədikləri şeirlər, bayatılar, göstərdikləri tamaşalar, səhnəciklər tədbir iştirakçılarında xoş ovqat yaratdı.

Dil-ədəbiyyat müəllimi  Simuzər  Əhmədova  "Uşaqlarımızı problemli dünyadan necə uzaqlaşdıraq, problemsiz dünya yoxdur, güvənc yerimiz  Vətəndir"  mövzusunda  çıxış etdi.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin, eləcə də Heydər Əliyev  Fondunun prezidenti Mehriban xanım Əliyevanın və təhsil  naziri Misir Mərdanovun  müxtəlif vaxtlarda uşaqlarla görüşlərindən lentə alınmış bəzi məqamlar nümayiş olundu.

Ecazkar uşaq aləminin sehrinə düşən  qonaqlar belə gözəl tədbirə görə məktəbin kollektivinə öz təşəkkürlərini bildirdilər.

Sonda şagirdlərə hədiyyələr verildi. 

Sifai  SƏFƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov