Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov Beynəlxalq Təhsil, Texnologiya və İnkişaf Assosiasiyasının və Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzinin (CİEP) dəvəti ilə 15-26  noyabr 2009-cu il tarixlərdə Madriddə (İspaniya) və Parisdə (Fransa) xidməti ezamiyyətdə olmuşdur.

Əməkdaşımız səfərlə bağlı fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovdan müsahibə almışdır. Həmin müsahibədən bəzi məqamları dərc edirik. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir. Belə ki, Azərbaycan alimlərinin beynəlxalq elmi konfranslarda, simpoziumlarda iştirakı, həmçinin təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsindəki uğurları məhz həmin bu siyasətin nəticəsidir. Mən 16-18 noyabr 2009-cu il tarixlərdə Madrid şəhərində Beynəlxalq Təhsil, Texnologiya və İnkişaf Assosiasiyasının təşkil etdiyi "Təhsil, tədqiqat və innovasiyalar" Beynəlxalq elmi konfransında iştirak etdim və "Təhsil sistemində andraqoji yanaşma" mövzusunda məruzə etdim. Tədbirdə 60 ölkədən 600-dən çox mütəxəssis iştirak edirdi. Konfransda təhsildə texnologiyalar üzrə tədqiqatlar; təhsil, tədqiqat və qloballaşma; tədqiqat, beynəlxalq layihələr və innovasiyalar; ətraf mühitin virtual öyrənilməsi; mühəndislik təhsilində yeni tədqiqatlar; biliklərin idarəolunması; riyaziyyat və statistikada yeni fikir və təcrübələr; E-öyrənmə layihələri; təcrübə və tədqiqatlara texnologiya və metedologiyaların tətbiqi; akademik tədqiqat layihələri; universitet - sənaye əməkdaşlığında təcrübələr; pedaqoji taktika və strategiyalar; ali təhsil sahəsində yeni çağırış; xarici dillərin öyrənilməsində və tədrisində metodologiyalar; strategiya, prinsiplər, tələblər və s. bölmələrdə elmin və təhsilin çoxlu sahələri üzrə məruzələr dinlənilib müzakirə olundu.

Noyabrın 21-dən 25-ə qədər Parisə ezamiyyə vaxtı Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzinin  (CİEP) fəaliyyəti ilə tanış oldum. Yeri gəlmişkən qeyd edim ki, bu mərkəzlə bizim institut 2009-cu ilin əvvəllərindən virtual əməkdaşlıq edir. CİEP inzibati xarakterli dövlət müəssisəsi kimi öz fəaliyyətini iki istiqamətdə həyata keçirir: təhsil sahəsində beynəlxalq əməkdaşlıq və dil təlimi (fransız dilinin xaricdə tədrisi və Fransada xarici dillərin tədrisi). CİEP təhsil sahəsində ekspert qiymətləndirmə, təhsil proqramlarının hazırlanması və sertifikatlaşdırılması ilə də məşğuldur.

CİEP Fransanın ümumi Təhsil Nazirliyinin və Ali Təhsil və Elm Nazirliyinin rəsmi agentliyidir. İki nazirliyin tapşırığı ilə CİEP Fransanın və başqa ölkələrin müxtəlif elm və təhsil müəssisələri arasında vasitəçi kimi çıxış edərək, təhsil sahəsində beynəlxalq əməkdaşlığı təşkil edir, müxtəlif səviyyəli təhsil müəssisələri ilə müntəzəm olaraq konfranslar, seminarlar, treninqlər və başqa tədbirlər keçirir.

24 noyabr 2009-cu il tarixdə həmin mərkəzlə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzaladıq. Müqaviləni Fransa tərəfdən həmin mərkəzin rəhbəri professor Tristan Lekoq, Azərbaycan tərəfdən isə mən imzaladıq. Qeyd edim ki, bu mərkəz dünyanın yüzdən çox ölkəsi ilə elm və təhsil sahəsində əməkdaşlıq edir.

Müqaviləyə əsasən, tərəflər öz resursları və intellektual rotensiallarından istifadə edərək elmi-tədqiqat,  elmi-metodik, məsləhət və informasiya fəaliyyətini həyata keçirəcəklər. Müqavilədə öz səlahiyyətlərimiz daxilində pedaqoji kadrların təlimi və ixtisaslarının artırılması, Azərbaycanda və Fransada konfransların, seminarların,  yaxud tədris treninqlərinin təşkili, təhsil sahəsində rəhbər kadrların təlimi və ixtisasının artırılması, pedaqoji innovasiyalar rroblemləri, xüsusilə tədris rroqramlarının, tədris metodikasının yeniləşməsi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin, konfrans və seminarların təşkili, iri beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə beynəlxalq  təhsil  layihələrinin reallaşdırılmasında birgə iştirak nəzərdə tutulmuşdur.

Həmçinin adıçəkilən mərkəzlə Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan və Belarusun müvafiq ali məktəblərinin təşkilatçılığı ilə 2010-ju ilin oktyabr ayında Bakıda "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi barədə qərar qəbul etdik.

Qeyd edim ki, bu müqavilə beynəlxalq əməkdaşlığı əsas prioritet istiqamətlərdən biri hesab edən institutumuzun son iki ildə imzaladığı doqquzuncu müqavilədir. 2008-ci ildən indiyə qədər Ukrayna, Belarus və Rusiyanın müvafiq səkkiz ali məktəbi ilə də müqavilələr imzalamışıq. Hazırda bu ali məktəblərlə müxtəlif layihələr üzərində işləyirik. Bu müqavilələr əsasında həm Azərbaycanda, həm də xaricdə birgə beynəlxalq elmi konfranslar təşkil etmişik. Bunlardan Bakıda 2008-ci ilin noyabrında keçirilmiş "Qloballaşma şəraitində pedaqoji kadrların ixtisasının artırılması: reallıqlar və perspektivlər", 2009-cu ilin sentyabrında Kiyevdə təşkil olunmuş "Diplomdansonrakı pedaqoji təhsil: Avropa orientirləri və regional prioritetlər" beynəlxalq konfranslarının adını çəkmək yerinə düşər. 

Ş.MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov