Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Tanınmış alim və elm təşkilatçısı

 

Hər bir insan öz əməlləri və fəaliyyəti ilə həyatda iz qoyur, hörmət və nüfuz qazanır. Belə insanlardan biri də bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə, ixtisaslı mütəxəssis kimi yetişməsinə, iqtisad elminin inkişafına həsr edən iqtisad elmləri doktoru, professor Asif İsmayıl oğlu Şirəliyevdir. 70 illik ömür yolu keçmiş Asif müəllim iqtisad elminin zənginləşdirilməsində özünəməxsus rolu, problemlərə münasibəti, tədqiqat və ümumiləşdirmə metodu, dərin elmi-fəlsəfi məntiqi olan tədqiqatçılardandır. O, çoxsaylı məqalə, monoqrafiya və dərs vəsaitinin, o cümlədən MDB ölkələrində, Misirdə, İranda, Türkiyədə və digər ölkələrdə nəşr olunmuş elmi əsərlərin müəllifidir.

 Şəxsiyyətinə və elmi fəaliyyətinə yaxından bələd olduğumuz Asif Şirəliyev zəngin bir ömür yolu keçmişdir. Səmimi insan, qayğıkeş müəllim, dəyərli tədqiqatçı və alim olan Asif müəllim 1939-cu il dekabrın 19-da Şərur rayonunun Düdəngə kəndində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində ali təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Bakı Ali Partiya Məktəbinin rus bölməsini də fərqlənmə diplomu ilə başa vuran Asif müəllim 1970-ci ilədək Naxçıvan Muxtar Respublikasında komsomol, partiya və həmkarlar təşkilatlarında müxtəlif vəzifələrdə işləmişdir. Lakin elmə olan böyük marağı və yüksək tədqiqatçılıq istedadı onu əmək fəaliyyətinin əsas hissəsini məhz bu sahəyə sərf etməyə sövq etmişdir.

Hələ gənc yaşlarından onun müxtəlif mövzularda məqalələri mətbuatda dərc olunmuşdur. 1971-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllimlik etməklə yanaşı, həm də elm sahəsində ilk addımlarını atmağa başlamışdır. Belə ki, 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında siyasi iqtisad ixtisası üzrə təhsil almış və namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır. Asif müəllimin elmi bacarığı və çalışqanlığı sayəsində dissertasiya işi tezliklə müdafiəyə təqdim edilmiş və 1976-cı ildə o, həmin universitetin ixtisaslaşdırılmış müdafiə şurasında müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Ali məktəbdə müəllim kimi səmərəli fəaliyyəti, elmi-tədqiqat işlərinin müsbət nəticələri, təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq A.Şirəliyev 1979-cu ildən etibarən Siyasi iqtisad kafedrasının müdiri vəzifəsinə irəli çəkilmişdir. 1984-cü ildən dosent, 1990-cı ildən isə hələ elmlər namizədi ikən SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən alim uzun illər ərzində - 2004-cü ilədək Naxçıvan Dövlət Universitetinin İqtisadi nəzəriyyə, İqtisadiyyat və tənzimlənmə kafedralarının müdiri vəzifələrində çalışmışdır. Həmin ildən bu günədək isə Asif müəllim universitetin ən böyük fakültələrindən birinə - İqtisad fakültəsinə rəhbərlik edir.

Yorulmaz tədqiqatçı kimi Asif müəllimin elmi axtarışlarının istiqamətləri dövrün ən aktual nəzəri iqtisadi problemlərini əhatə edir. Lakin alimin çoxcəhətli elmi axtarışlarının mərkəzində aqrar-sənaye kompleksində iqtisadi mənafelər problemi dayanır. Təsadüfi deyil ki, uzun illər iqtisadi mənafelər sahəsində elmi-tədqiqat işlərini davam etdirən alim bu mövzuda doktorluq dissertasiyasını Moskva Dövlət Universitetinin Elmi Şurasında təsdiq etdirmiş, tamamlayaraq 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində uğurla müdafiə etmiş və iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Asif müəllimin araşdırmalarının çoxşaxəli olması onun elmi biblioqrafiyasından da aydın görünür. ümumilikdə, 170-dən çox elmi məqalə və tezisin, 38 monoqrafiya, dərs vəsaiti və metodik vəsaitin müəllifi olan Asif müəllimin tədqiqat obyekti genişdir. Alim iqtisadi nəzəriyyənin bir sıra problemlərinin - məhsuldar qüvvələrin yerləşdirilməsi və regionların iqtisadiyyatı, aqrar-sənaye kompleksində qarşılıqlı iqtisadi münasibətlər və əlaqələr, gəlirlərin formalaşdırılması və bölüşdürülməsi, bazar iqtisadi sisteminin qanunauyğunluqları, iqtisadi mənafelər, bazar və bazar mexanizmi, aqrar istehsalın təşkilinin yeni formaları, kəndli təsərrüfatlarının səmərəliliyi məsələləri və s. tədqiqi yönümündə sanballı, elmi-nəzəri və praktiki əhəmiyyəti olan monoqrafiyalar, dərs vəsaitləri, əlaqədar mövzuların tədrisi ilə bağlı metodik vəsaitlər, sahibkarlar və iş adamları üçün əməli vəsaitlərin müəllifidir. Onun tərəfindən istehsalın səmərəliliyinin yüksəldilməsinə dair verilmiş onlarca təklif və tövsiyə təcrübədə geniş istifadə edilir. Asif müəllim dövrün ən aktual problemləri ilə bağlı respublikamızda və xaricdə keçirilən mötəbər elmi tədbirlərdə məruzələr, mətbuatda və televiziyada vaxtaşırı çıxışlar edir.

Nəinki bazar iqtisadiyyatının tələblərinə cavab verən ali təhsilli mütəxəssis hazırlığında, eləcə də elmi kadrların yetişdirilməsində də Asif müəllimin əməyi böyükdür. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 8 elmlər namizədi, 2 elmlər doktoru yetişmişdir. O, həmçinin 6 nəfərin doktorluq dissertasiyası üzrə rəsmi opponent olmuşdur. Hazırda 4 iddiaçının elmi rəhbəridir.

Asif müəllim ictimai fəaliyyəti ilə də respublikamızda öndə gedən ziyalılardandır. Bir sıra nüfuzlu komissiyaların və elmi qurumların, o cümlədən AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən İqtisadiyyat üzrə Əlaqələndirmə Şurasının,  Naxçıvan MR Aqrar İslahat Komissiyasının, AMEA Naxçıvan bölməsində fəaliyyət göstərən Dissertasiya Şurasının, NDU Elmi Şurasının,  universitetdə nəşr olunan "Elmi əsərlər" jurnalının redaksiya heyətinin üzvüdür.

Ətrafında olan insanlara daim diqqət və qayğı göstərmək amalı cəmiyyətdə ona böyük nüfuz qazandırmışdır. Asif müəllim ictimaiyyət içərisində yaxşı tanınır. Ensiklopedik biliyi, möhkəm yaddaşı, adamlarla tez ünsiyyət qurmaq bacarığı, mülayim xarakteri onun insanlar arasında özünəməxsus imicini formalaşdırmışdır. Asif müəllimin bu xüsusiyyətləri onun respublikada ziyalılar ailəsi kimi tanınan, 11 elmlər doktoru və namizədi yetirmiş Şirəliyevlər ailəsinə xas olan alimlik istedadı ilə tamamlanır.

A.Şirəliyevin çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Müxtəlif vaxtlarda o, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, üİLKGİ MK-nın, Naxçıvan MSSR Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi Asif Şirəliyevin əməyinə verilən yüksək qiymətin ifadəsidir.

Alim hazırda ömrünün müdriklik çağını yaşayır. Ulu Tanrıdan yeddi övlad, doqquz nəvə payı var. Həyatını elmin, təhsilin inkişafına həsr edən dəyərli ziyalı Asif Şirəliyevi irəlidə yeni uğurlar gözləyir. 70 illik yubileyi münasibətilə Asif müəllimi təbrik edir, ona uzun ömür və cansağlığı arzulayırıq. 

Ağarza RüSTƏMOV,
iqtisad elmləri doktoru,

Müslüm CABBARZADƏ,
iqtisad elmləri üzrə fəlsəfə
doktoru, dosent

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov