Azərbaycanda bədən tərbiyəsi və idmanın
inkişafında, tədrisi və təbliğində xidmətlərinə
görə aşağıdakı şəxslərə Azərbaycan
Respublikasının fəxri adları verilsin:
"Əməkdar bədən tərbiyəsi və idman xadimi"
Allahverdi Yaşar Bəxtiyar oğlu
Hətəmov Əhməd Süleyman oğlu
Hüseynov Mirzə İbrahim oğlu
Xudiyev Asim Xəlil oğlu
İzuf Vladislav Georgiyeviç
Quliyev Gülbaba Balasoltan oğlu
Məmmədov İbrahim Bayram oğlu
Yelizarov Matvey Safailoviç
Zöhrabov Rauf Ramazan oğlu
"Əməkdar müəllim"
Babayev Zəfər Abıgül oğlu
Əsgərov İsgəndər İslam oğlu
"Əməkdar jurnalist"
Fərəcov Əli Yusif oğlu
Mehdiyev Qabil Sabir oğlu
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2009-cu il |