Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2009 - ¹51

 

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir

 

Heydər Əliyev Fondu Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 29-dan etibarən "Buta" sarayında uşaq evləri və internat məktəblərindən, şəhid və köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər üçün üçgünlük bayram şənliklərinə başlamışdır.

Bayram günləri Azərbaycanda "Uşaq ili" çərçivəsində keçirilən sonuncu tədbirlərdən biridir.

Uşaqların istirahətini mənalı keçirmələri, Yeni il şənliyinin uşaqların qəlbində silinməz xatirəyə çevrilməsi üçün Heydər Əliyev Fondu bu dəfə də müvafiq tədbirlər görmüşdü. Şənlikdə iştirak edən uşaqların paytaxtın Azneft meydanından saraya təhlükəsiz gəlib-getməsini 35 avtobus təmin edir.

Tədbirin əvvəlində ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən film nümayiş etdirildi.

Bayram şənliyində Şaxta baba, Qar qız, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları, incəsənət ustalarının çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

Bayram şənliyində Azərbaycanda fəaliyyət göstərən yerli və xarici uşaq təşkilatlarının, o cümlədən talassemiya, hemofiliya və diabet assosiasiyalarının üzvləri də iştirak etmişlər.

Tədbirdə uşaqlara Azərbaycan bəstəkarlarının uşaq mahnılarından ibarət yeni disk hədiyyə edilmişdir. Qənbər Hüseynlinin "Cücələrim", Tofiq Quliyevin "Bahar bayramı", Oqtay Zülfüqarovun "Əziz ana, can ana", Oqtay Rəcəbovun "Uşaqlar sevinsin həmişə", Ağabacı Rzayevanın "Kukla", Səid Rüstəmovun "Vətən", Fikrət Əmirovun "Layla" mahnılarının daxil edildiyi diskdə 16 populyar və sevilən nəğmə yer almışdır. Tədbirin sonunda uşaqlara hədiyyələr verilmişdir.

Uşaqlar üç saatadək davam edən şənlikdən aldıqları unudulmaz təəssüratla ayrılmışlar.

AzərTAc

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
31 Dekabr 2009 - ¹51
Azərbaycan Tibb Universitetinin çoxprofilli tədris-terapevtik klinikasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
2009-cu il nə ilə yadda qalacaq?
 
Heydər Əliyev Fondu tərəfindən Niderlanddakı Azərbaycan məktəblərinə Yeni il hədiyyələri təqdim olunub
 
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənlikləri keçirir
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində Şamaxıda uşaq incəsənət məktəbinin təməli qoyulub
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Yaponiya səfirliyində layihələrin imzalanma mərasimi keçirilib
 
6 nömrəli Bakı Peşə Liseyinin yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində mətbuat konfransı
 
Qaliblərə mükafatlar təqdim edildi
 
Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" arasında niyyət protokolu imzalandı
 
"Azərbaycan məktəbi" jurnalının 85 illiyinə həsr olunmuş tədbir
 
Uğurlarımızın əsasını demokratik idarəetmə təşkil edir
 
Dünya universitetləri: MakGill Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov