· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç C.a C. Ş. B.
  1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 28 30 31

 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbriki

- Hörmətli xanımlar və cənablar!

Əziz həmvətənlər!

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.

2008-ci il başa çatır. ölkəmiz üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün 2008-ci il çox uğurlu olmuşdur. 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam etmişdir. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək.

Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir. 

 

 

Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib

Heydər Əliyev Fondu "Gülüstan" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

AzərTAc xəbər verir ki, dekabrın 29-da Fondun prezidenti, Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.

Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Fondun uşaq evlərinə, internat məktəblərinə qayğısından bəhs edən film göstərildi.

Şaxta baba və Qar qızın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxta baba "sehrli çubuğu" ilə yolkanı işıqlandırdı.

üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər.

Salona toplaşmış uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında məcburi köçkün və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

 

  

 

"Günərzi Qayğı Mərkəzi" uşaq müəssisələrinə alternativ xidmət növüdür

Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evinin nəzdində "Günərzi Qayğı Mərkəzi" yaradılmışdır. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində dövlət uşaq müəssisələrinə alternativ model kimi nəzərdə tutulmuş mərkəzin yaradılmasında məqsəd uşaqların müəssisələrə düşməsinin qarşısını almaq, onların cəmiyyətə inteqrasiya və sosial adaptasiyasını təmin etməkdir.

Dekabrın 29-da "Günərzi Qayğı Mərkəzi"nin rəsmi açılışı oldu. Bu münasibətlə düzənlənən mərasimdə təhsil naziri Misir Mərdanov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iştirak edirdilər. Nazir və icra başçısı rəmzi açılışı bildirən qırmızı lenti kəsib mərkəzin fəaliyyətinə xeyir-dua verdilər, uşaq evinin kollektivini və balaca sakinlərini 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etdilər. 

Biri var idi, başqası yox idi...

 

Dərslik üzərində iş çox vaxt və böyük zəhmət tələb edir. Bu prosesdə müxtəlif ölkələrin istifadədə olan dərslik və dərs vəsaitlərini araşdırmaqla yanaşı, konkret fənnin tədrisinin müxtəlif aspektlərinin işıqlandırıldığı nəzəri ədəbiyyatı geniş təhlil etmək lazım gəlir. Yalnız bundan sonra dərsliyin məzmununu formalaşdırmaq, sistemləşdirmək kimi növbəti, daha çətin və  yaradıcı mərhələ başlayır. Əvvəlcə onu qeyd edim ki, Ə.Osmanlının öz komplekti barədə apelyasiya komissiyasının rəyi ilə geniş oxucu kütləsini tanış etməsi çox faydalı oldu və biz də bu komplekt ilə bağlı xidməti yazışmalardan xəbərdar olduq. Eyni zamanda komissiyanın tutarlı arqumetlərinin Ə.Osmanlı tərəfindən təkzib cəhdlərinin əsassızlığı və uğursuzluğu da bizə aydın oldu. Məsələn, komissiya öz rəyində balıq və kəpənək şəkillərinin üzərindəki misalların verilmə üsulunun aydın olmadığını təsdiq edir. 

 Məqsədə aparan düzgün yol: İdeya, məzmun və formanın vəhdəti

 

ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası cənab Prezidentimiz İlham Əliyevin cəmiyyətin bütün sahələrini əhatə edən uğurlu siyasəti nəticəsində öz bəhrəsini verməkdədir. Hər il respublikamızın müxtəlif bölgələrində istifadəyə verilən yüzlərlə məktəb binalarının, əslində müasir təhsil komplekslərinin, məktəblərdə quraşdırılan kompüterlərin, Heydər Əliyev Fondunun çox lazımlı hədiyyəsi olan yeni tədris avadanlıqlarının və əyani vəsaitlərinin millətimizin gələcək inkişafındakı önəmli rolu şəksizdir.

Bu böyük şərəfə layiq görülən, xoşbəxt anlar yaşayan kollektivlərdən biri də Masallı şəhərindəki "Dəfinə" məktəb-liseyi olmuşdur. 

Müəllimlər qərəzli tənqidlərə etiraz edir, yeni dərslik komplektlərini bəyəndiklərini bildirirlər

Məlum olduğu kimi, "Pedaqogika" nəşriyyatının direktoru Əlövsət Osmanlı və ona dəm tutanlar I siniflər üçün yazılmış dərslik komplektləri haqqında mətbuatda qərəz dolu silsilə tənqidi yazılar dərc etdirirlər. Bununla əlaqədar son günlər redaksiyamızın poçtuna xeyli oxucu məktubu daxil olmuşdur. Həmin məktublarda ölkəmizin müxtəlif bölgələrində çalışan təhsil işçiləri yeni dərsliklərə qarşı məqsədli şəkildə aparılan qərəzli tənqidə etiraz edir, dərsliklərin üstünlüklərindən, məziyyətlərindən söz açırlar. Məktubların hamısını ayrı-ayrılıqda dərc etmək imkanımız xaricində olduğundan onların bir qismini icmal şəklində oxucuların diqqətinə çatdırırıq.

Obyektiv münasibət daha dəyərlidir

Azərbaycan Respublikası müstəqilliyi dövründə siyasi sabitliyə, iqtisadi dirçəlişə nail olduqdan sonra ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlətin təhsil siyasətinin əsas istiqamətləri müyyən edilərək ölkədə təhsil islahatlarının aparılmasına önəm verildi. Bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkədəki iqtisadi kapitalı insan kapitalına çevirmək haqqında fikrini bəyan edərək  təhsilə diqqət və qayğını daha da artırdı. Təhsil islahatları çərçivəsində təsdiqini tapmış "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulum)" ölkədə ümumi orta təhsilin keyfiyyətini və rəqabətədavamlılığını yüksəltmək məqsədi ilə qəbul olunmuş konseptual sənəd kimi pedaqoji prosesin fəaliyyət proqramına çevrilmişdir.

 Bir məktubun izi ilə

 

Nərimankənd məktəbindəki nöqsanlar ciddi narahatlıq doğurur

Redaksiyamıza Gədəbəy rayonunun Nərimankənd orta məktəbinin vəziyyəti barədə 2 şikayət məktubu daxil olmuşdu. Məktubun müəllifləri - məktəbin müəllimləri Südabə Nağıyeva və Sahib Hüseynov şikayətlərində məktəbin direktoru Mirvari Alıyevanın öz işinin öhdəsindən gələ bilməməsindən, təlim-tərbiyənin aşağı səviyyədə olmasından, dərs cədvəlinin düzgün tərtib olunmamasından və digər nöqsanlardan bəhs edirdilər.

 Məktubda yazılanları araşdırmaq üçün Gədəbəyə ezam olunduq. Kollektivin üzvləri, habelə şikayətçilər S.Nağıyeva və S.Hüseynovla görüşdük. Faktları araşdırdıq.

British Council-in Azərbaycanda yeni layihəsi - 10

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!