· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
      1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

 

Bakıda "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Martın 20-də Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla, YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. 

 

 

Bakıda keçirilən Beynəlxalq muğam festivalı hələ uzun illər yaddaşlarda yaşayacaq

Bir həftə ərzində Bakı "Muğam aləmi" Beynəlxalq festivalına ev sahibliyi etmişdir. Milli mədəniyyətimizin və xalq sənətimizin qorunması və inkişafına yüksək diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın 40-dan çox ölkəsinin muğam ifaçısı Beynəlxalq muğam festivalında bir araya gəlmişdir. Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq muğam festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert olmuşdur.

 

İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində "dunya mədəniyyətinin şah əsəri" adlandırılan muğamın məkanına çevrilmişdir. Martın 18-dən 25-dək Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərini bir daha Azərbaycana yönəltmişdir. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirərək, festival proqramını həm rəngarəng, həm də yaddaqalan etmişdir.

Festivalın təntənəli bağlanış mərasiminə həsr edilən konserti üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri açmışdır. Orkestrin bədii rəhbəri Rauf Abdullayevin dirijorluğu ilə Fikrət Əmirovun "Şur" simfonik muğamı ifa olunmuşdur.

Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova "Şur" təsnifini ifa etmişlər. Tamaşaçılar Azərbaycan musiqisinin ən gözəl incilərini dinləmişlər. 

 

  

 

 

Təhsil Nazirliyində Beynəlxalq Layihə Olimpiadası qalibləri ilə görüş keçirilib

Aprelin 1-də Təhsil Nazirliyində "İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihə Olimpiadası qalibləri ilə görüş keçirilib.

Təhsil nazirinin müavini Elmar Qasımov görüşü giriş sözü ilə açaraq olimpiada iştirakçılarını salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, olimpiada ildən-ilə geniş miqyas alıb, olimpiadanın birinci ilində 17, daha sonra 30, bu il isə Türkiyə, ABŞ, Braziliya, Tayvan, Slovakiya, Vyetnam, Polşa, Albaniya və ümumilikdə 33 ölkədən olan nümayəndə iştirak üçün ölkəmizə gəlib. 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü təhsil müəssisələrində qeyd olundu

31 Mart - Azərbaycanlıların Soyqırım Günü ölkəmizin hər yerində olduğu kimi, təhsil müəssisələrində də geniş qeyd edilib.

Martın 31-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım mərasimi keçirildi.

Toplantını giriş sözü ilə açan BPKİYİ-nin tədris və elmi işlər üzrə prorektoru, pedaqoji elmlər namizədi Mönsüm Alışov ermənilər tərəfindən xalqımıza qarşı 1918-ci ilin martında törədilmiş soyqırımı haqqında məlumat verdi. Həmin faciələrdə misli görünməmiş qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Asəf Zeynallı - 100

İlk professional təhsilli Azərbaycan bəstəkarı

Azərbaycan klassik musiqisinin yaradıcılarından, öz xidmətləri ilə adlarını musiqi  incəsənətimizin tarixinə əbədilik həkk etmiş sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Asəf Zeynallı olur. İlk professional təhsilli Azərbaycan bəstəkarı, simfonik musiqimizin banisi, görkəmli pedaqoq, musiqi folklorumuzun toplayıcısı və tədqiqatçısı, xalq musiqimizin alovlu təbliğatçısı olan Asəf Zeynallı milli musiqimizin təşəkkülü və tərəqqisində misilsiz rol oynamışdır. 

British Council-in Azərbaycanda yeni layihəsi - 18

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!