· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

 

 

    Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.

Heydər ƏLİYEV

 

Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm dövlət proqramları qəbul edilmişdir. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşir, təhsil alanlar üçün bərabər imkanlar yaradılır, keyfiyyətin yaxşılaşdırılması və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilir.

Son illər ərzində yeni tikilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuş məktəblərin sayı 1600-ə çatmışdır. Hazırda yüksək maddi-texniki bazaya malik olan həmin məktəblərdə 700 mindən artıq şagird təhsil alır. Bununla yanaşı, qəza vəziyyətinə düşmüş və təlim üçün zəruri şəraiti olmayan ümumtəhsil məktəbləri hələ də qalmaqdadır.

Azərbaycan Respublikasında təhsil sisteminin müasir tələblər səviyyəsində təşkilinin böyük əhəmiyyətini nəzərə alaraq, qəza vəziyyətində olan ümumtəhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

 

 

 

"Təhsil haqqında" Qanun qəbul olundu

 

İyunun 19-da Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilmişdir. Gündəlikdəki qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərə dair fikirlərini bildirmişlər. Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.

Sonra gündəlikdəki məsələlər müzakirə olunmuşdur. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda  müzakirəyə çıxarılmışdır. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, 10 ildən artıq bir müddətdə üzərində iş aparılan "Təhsil haqqında" yeni Qanun layihəsi bu gün üçüncü oxunuşda parlamentin müzakirəsinə verilmişdir.

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədən başlayaraq ölkəmizdə təhsilin digər pillələri üzrə mövcud vəziyyət, problemlər və inkişaf perspektivləri barədə fikirlərimi sizə çatdırmağa çalışacağam. İlk növbədə, hər bir ölkənin sosial-iqtisadi infrastrukturunun qurulmasında müstəsna əhəmiyyət kəsb edən texniki peşə təhsili barədə. 

Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması tədbirləri haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı nazirliyin Fəaliyyət Planına (2.4 və 7.4-cü bəndlər) əsasən yerlərdə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədilə 2009-cu ilin mayında Bakı şəhərində tanınmış alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılmışdır.

Azərbaycanda innovativ müəllimlər müsabiqəsi keçirilir

 

Təhsil Nazirliyinin dəstəyi ilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda növbəti "İnnovativ müəllimlər" müsabiqəsini elan etmişdir. Dünya İnnovativ Müəllimlər Forumunun Azərbaycan mərhələsi olan bu müsabiqə ölkəmizdə Təhsil Nazirliyinin "Microsoft" korporasiyası ilə birgə həyata keçirdiyi "Təhsildə əməkdaşlıq" proqramının tərkib hissəsidir.

Müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirməkdir.

Təhsil Nazirliyində mətbuat konfransı

Orta məktəb kursu üzrə buraxılış imtahanlarının nəticələri ötən ildəkindən yüksəkdir

 

İyunun 22-də Təhsil Nazirliyində orta təhsil kursu üzrə buraxılış imtahanlarının nəticələrinə dair mətbuat konfransı keçirildi.

Konfransı açaraq KİV nümayəndələrini salamlayan təhsil naziri Misir Mərdanov dəvəti qəbul edib gəldiklərinə görə onlara təşəkkür etdi. Nazir bildirdi ki, orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi ilə il ərzində çox böyük bir mərhələ, nəhayət, başa vurulub. Təhsil naziri diqqətə çatdırdı ki, iyunun 3-dən 16-dək ölkəmizin bütün orta ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri artıq məlumdur və onlar nəzərdə tutulan müddətdən də əvvəl şagirdlərə, valideynlərə çatdırılıb.

Yüksəksürətli İnternetə qoşulmuş məktəblərin sayı

500-ə çatacaq

 

Xəbər verildiyi kimi, artıq Azərbaycan Təhsil Şəbəkəsinə 200 təhsil müəssisəsi qoşulub. Azərbaycan Təhsil Şəbəkəsi (AZEDUNET) layihəsinin rəhbəri Səməd Abbasovun sözlərinə görə, şəbəkədə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı və Sumqayıt məktəblərindən başqa, Gəncə, Şəmkir, Yevlax, Mingəçevir, Goranboy və Hacıqabul şəhərlərində yerləşən orta ümumtəhsil məktəbləri və digər təhsil qurumları da təmsil olunurlar. Qoşulmuş təhsil müəssisələrinin 165-i Bakının, 35-i isə digər şəhər və rayonların payına düşüb. AZEDUNET-ə qoşulan təhsil müəssisələrinin əksəriyyətində lokal şəbəkələr yaradılıb, modem, sviç və digər şəbəkə avadanlığı quraşdırılıb.

İki ölkənin təhsil sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirilib

 

İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib.

 Sonra Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən nazir bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Təhsil naziri həmçinin Türkiyə Respublikasının ali məktəblərində oxuyan azərbaycanlı gənclər və ölkəmizdə təhsil alan türkiyəli tələbələr, onların seçdikləri ixtisaslar barədə qonağa məlumat verib, eləcə də hazırda Ankara Universitetində 160 azərbaycanlı gəncin təhsil aldığını diqqətə çatdırıb.

Peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş imtahanların nəticələrinə dair iclas keçirilib

 

Bu günlərdə ölkəmizdə fəaliyyət göstərən peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə dair iclas keçirilib. İclasda təhsil nazirinin müavini İsgəndər İsgəndərov  ümumtəhsil fənlərindən keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd edib.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib.

Peşə təhsilinin inkişafına həsr olunmuş seminar

 

 İyunun 25-də Bakıdakı "Kraun" otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində "Azərbaycanda turizm sektorunda kadrları təkmilləşdirmək üçün peşə standartlarından istifadə qaydaları" mövzusunda seminar keçirildi. Layihənin ümumi məqsədi Azərbaycanda qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və PTT məzunları üçün iş imkanlarının yaradılmasından ibarətdir.

 

 

Layihə

 

 

 

Azərbaycan Respublikasının ümumtəhsil

məktəbləri üçün

fiziki tərbiyə fənn kurikulumu (V-XI siniflər)

 

Təhsil pillələri üzrə

təlim nəticələri