· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 

Bu gün dövlət-mətbuat münasibətlərində Heydər Əliyevin siyasətini və ənənələrini  davam etdirərək, Azərbaycan dövləti mətbuatın fəaliyyətinə normal şərait yaradılması, onun cəmiyyət həyatına təsirinin, demokratikləşmə proseslərində rolunun təmin edilməsi və artırılması, vətəndaşların və jurnalistlərin informasiya almaq hüququnun tam reallaşdırılması üçün ardıcıl tədbirlər görür.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Təhsil Nazirliyinin "Qaynar xətt"inə iyun ayında 46 müraciət daxil olub

 

 Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) cari ilin iyununda  46 müraciət daxil olub. Onlardan  7-si sorğu xarakterlidir.

Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının  ümumtəhsil məktəblərinin  hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələlərindən bəhs edilir.

 

 

 

Regionlarda elmi kadrların hazırlanması diqqət mərkəzindədir

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə birgə "Regionlarda elmi kadrların hazırlanmasının aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

Naxçıvan Dövlət Universitetinin tanıtma filmi nümayiş etdirildikdən sonra konfransı giriş sözü ilə NDU-nun rektoru, akademik İsa Həbibbəyli açmış, Azərbaycan miqyasında AAK-la birgə ilk dəfə belə bir konfransın keçirilməsinin əhəmiyyətindən, regionda elmin inkişafına verəcək töhfələrdən bəhs etmişdir.

 

 

Azərbaycan təhsili: yaxın keçmişə,

bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə Azərbaycan təhsili üçün yeni olan de-institutlaşdırma və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermək istəyirəm. Bilavasitə həmin məsələyə keçməmişdən əvvəl ölkəmizdə internat tipli təhsil müəssisələrinin təşəkkülü tarixinə qısa nəzər salmaq yerinə düşərdi.

İngilis tədqiqatçısı E.Kareter "Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet İttifaqında uşaq qayğı sistemi" adlı tədqiqat əsərində göstərir ki, dünyada ilk belə müəssisələr, əsasən, kimsəsiz uşaqlar üçün sığınacaq yeri kimi yaradılmışdır. Həmin tədqiqatdan məlum olur ki, ilk uşaq qayğı müəssisəsi uşaqların öldürülməsinin qarşısını almaq üçün e.ə. III əsrdə Konstantinopol şəhərində yaradılmışdır. Orta əsrlərdə İtaliyada Katolik kilsəsi atılmış uşaqlar üçün xüsusi evlər ayırmış və bu təcrübə sonradan bütün Avropaya yayılmışdır.

Müasir təhsilə həsr olunmuş "dəyirmi masa" keçirilib

 

İyulun 15-də "Səs" İnformasiya Agentliyi və Respublika Təhsil Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycanda müasir təhsil: nailiyyətlər, problemlər, vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbiri "Səs" İnformasiya Agentliyi baş direktorunun müavini Elşad Hacıyev açaraq Respublika Təhsil Şurasının vaxtaşırı öz təklif və tövsiyələri ilə  ölkəmizdə aparılan təhsil islahatlarına, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərə fəal dəstək verdiyini, təhsildə innovativ fəaliyyətləri rəğbətləndirdiyini bildirdi, keçirilən "dəyirmi masa"nın mövzusunun bu baxımdan aktuallıq kəsb etdiyini vurğuladı.

 

Mövzu ətrafında müzakirələr başlanmazdan öncə təltiflər oldu. Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev məlumat verdi ki, Təhsil Şurası Rəyasət Heyətinin qərarı ilə Şuşa Rayonu Malıbəyli kənd 2 nömrəli orta məktəbi və Kəlbəcər rayonu 11 nömrəli orta məktəb təlim-tərbiyə sahəsində səmərəli fəaliyyətlərinə, ölkə təhsilinə verdikləri töhfələrə görə müvafiq olaraq I və II dərəcəli diplomlarla təltif olunub. Diplomlar hər iki məktəbin nümayəndələrinə təqdim olundu.

Praktik işçilərlə gənc tədqiqatçıların əməkdaşlığı məsələsi müzakirə olunub

 

İyulun 17-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Təhsildə fəal təlim prinsipləri: canlı təcrübənin təmsilçiləri ilə gənc tədqiqatçıların əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"nı giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov vurğuladı ki, müasir dövrdə uşaqların, gənclərin istedadlarının aşkar edilməsi aktuallıq kəsb edərək ölkəmizdə dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 17 aprel 2006-cı il tarixli sərəncamla təsdiq etdiyi  "Xüsusi istedada malik uşaqların   (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) " bunun bariz nümunəsidir.

Rafael Hüseynovun sənədli əsərlərində söz yaradıcılığı

 

Dil ictimai hadisə olduğundan, onun inkişafı cəmiyyətin inkişafı ilə, xalqın tarixi, ictimai - iqtisadi və mədəni yüksəlişi ilə sıx bağlıdır. Bildiyimiz kimi, ictimai həyatda baş verən bütün dəyişikliklər dildə öz əksini tapır. Canlı dil daim inkişafda, dəyişməkdə və təkmilləşməkdədir.Lakin dilin bütün sahələri -leksika, morfologiya və s. eyni sürətlə dəyişilmir.

 

Pedaqoji fikir tariximizi zənginləşdirən örnəklərdən biri

Professor Nurəddin Kazımovun 14 cildlik "Seçilmiş əsərləri" haqqında qeydlər

 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımovun 14 cildlik əsərlər toplusu çap olunmuşdur.