· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
   1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
 

 

2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci il 4 sentyabr tarixli, 2373 nömrəli sərəncamının 1-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2008-2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

 

 

 

Naxçıvanda məktəbli yarmarkası açılıb

 

Naxçıvan şəhərində məktəbli yarmarkası açılmışdır.

Naxçıvan MR İqtisadi İnkişaf və Təhsil nazirliklərinin birlikdə təşkil etdikləri yarmarkada məktəb ləvazimatları ilə yanaşı, test kitabları, bədii ədəbiyyat nümunələri və s. satışa çıxarılmışdır.

Yarmarkaya ucqar dağ kəndlərindən də alıcılar gəlmişdilər. Satışa çıxarılan məhsullar arasında muxtar respublikada fəaliyyət göstərən "Zümrüd" kiçik müəssisəsinin və "Şirvanşahlar" xarici iqtisadi əlaqələr assosiasiyasının malları keyfiyyətinə görə seçilirdi. Bu istehsal müəssisələri alıcılara məktəbli geyimləri təklif edirdilər.

Yarmarka sentyabrın 15-dək davam edəcəkdir.

 

 

 

 

 

Şəkidə 3 yeni məktəb binası istifadəyə veriləcək

 

"Bilik günü" ərəfəsində Şəki rayonunda daha 3 yeni məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulur.

Şəhər təhsil şöbəsindən bildirmişlər ki, rayonun Baş Göynük və Kiçik Dəhnə kəndlərində dövlət vəsaiti hesabına inşa olunan 640, Dərəcənnətli kəndində isə 240 yerlik yeni məktəb binaları istifadəyə tam hazırdır. Müasir standartlara uyğun inşa edilmiş məktəb binaları avadanlıqla təmin olunmuşdur.

Bundan əlavə, yeni dərs ili ərəfəsində rayonun Köbər Zəyzid və Şin kənd məktəbləri büdcə vəsaiti hesabına əsaslı təmir olunmuş, digər təhsil ocaqlarında isə daxili imkanlar hesabına carı təmir işləri aparılmışdır.

 

 

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə,

bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədən başlayaraq bir neçə yazıda təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və təhsilin informasiyalaşdırılması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, mövcud problemlər və perspektivlər barədə düşüncələrimi sizinlə bölüşmək istərdim.

Sirr deyil ki, müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri həyatın bütün sahələrinin informasiyalaşması, informasiya cəmiyyətinin yaranmasıdır. Bununla da bəşəriyyət informasiya cəmiyyətinə qədəm qoymaqla təxminən iki əsr davam edən industrial və postindustrial mərhələləri arxada qoymuşdur. Əlbəttə, bu şəraitdə təhsil sistemi də əsrlər boyu olduğu kimi, bəşəriyyətin yeni inkişaf mərhələsinin tələblərinə cavab verən insanlar yetişdirməlidir.

 

 

"Azərbaycan müəllimi"  qəzetinin 75 yaşı tamam oldu

 

1934-cü il sentyabrın 2-də Azərbaycan Respublikasının mətbu orqanları sırasına daha bir qəzetin adı yazıldı: "Kommunist maarifi". Qəzetin nəşrində başlıca məqsəd geniş maariflənmə proqramlarının həyata keçirilməsinə kömək etmək, qazanılmış uğurları təbliğ etmək, vəzifələri həyata keçirmək yollarını göstərmək idi. Qəzetin əməkdaşları "Əkinçi" ilə başlanan milli mətbuatın ümumxalq qəzeti olmaq ənənəsini davam və inkişaf etdirirdilər. Azərbaycan xalqının maariflənməsi, təhsil şəbəkəsinin genişlənməsi, milli elmi-pedaqoji kadrların hazırlanması kimi fəaliyyət istiqamətlərini əhatə edən maarif cəbhəsi, əslində, ziyalıların sahəsi idi.

Qəzetin oxucuları ziyalılar, qəzetə yazı göndərənlər ziyalılar, qəzeti cəmiyyətdə tanıdıb şöhrətləndirənlər ziyalılar idilər. Bu ziyalılar Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycanın müəllimlər ordusunun "əsgərləri" idilər.

Dünya universitetləri

 

Oksford Universiteti

 

Universitet IARU-Tədqiqat Universitetlərinin Beynəlxalq Alyansı, Rusel Qrupu, Koymbra Qrupu, Avropa, EUA (Avropa Universitetlər Assosiasiyası), LERU (Avropa Tədqiqat Universitetləri Liqası)  kimi dunyanın ən məşhur universitet şəbəkələrinə daxildir.

Oksfordda çalışan və xarici ölkələrdən olan  akademik heyətin sayı  son 6 ildə (2003-2009) 57 faiz artmışdır. Universitetin rəsmi veb saytı: www.ox.ac.uk.                                 

Birləşmiş Krallığın ən qədim və ən məşhur ali təhsil ocaqlarından biri olan Oksford Universitetinin əsası XII əsrdə qoyulmuşdur.

Oksford Universiteti dünyanın ən qədim ingilisdilli ali təhsil ocağıdır. Oksford Universiteti 1117-ci ildə yaradılıb.

İndoneziyanın  Prezidenti azərbaycanlı alimi mükafatlandırıb

 

Azərbaycanda ilk İndoneziya dili üzrə mütəxəssis olan Həbib Məmməd oğlu Zərbəliyev Azərbaycan Dillər Universitetinin professorudur. O, 60 elmi, çoxsaylı tənqidi, publisistik və bədii tərcümə əsərlərinin, o cümlədən beynəlxalq humanitar hüquqa dair iki kitabın ingilis və rus dillərindən Azərbaycan dilinə tərcüməsinin, bir sıra metodik vəsait, göstəriş və tədris proqramlarının müəllifidir. Əsərlərinin bir qismi xarici ölkələrdə çap olunmuşdur. Bir çox ölkələrin alimləri ilə sıx elmi əməkdaşlıq edir. 1988-2009-ci illər ərzində Hollandiya, Almaniya, ABŞ, Yeni Zelandiya, Fici, Tailand, Malayziya, İndoneziya, Avstraliya, çin, Tayvan, Rusiya və Qazaxıstanda keçirilmiş onlarca beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir.

Təhsildə yeni kimlik modeli

 

Yerin milyard illərlə ölçülən tarixi ilə müqayisədə bəşəriyyətin  mövcudluğunun 6 min ili planetin təşəkkülündəki yeni dövrün ilk saniyəsinə bənzəyir. Düzdür, qısa mövcudluğumuzla müqayisədə nəzərdən keçirdiyimiz 6 min il çox uzun müddətdir. İki min il əvvəl olduğu kimi, indi də insana xatirə kimi xatırlanan vaxtın dərki belə assosiasiya yaradır ki, hər şey hələ irəlidədir: Amma insan - "bəşəriyyətin bütün tarixi yerin tarixində keçici bir epizod deyilmi" sualını verə bilər. Bu sual həm də insanın həqiqətə çatmaq istəyi ilə üst-üstə düşəndə gələcəyin mənzərəsi daha aydın görünə bilər.

Yeni dərs ili qarşısında

 

Nailiyyətlərimiz, qarşıda duran vəzifələr

 

(Əvvəli qəzetimizin ötən sayında)

 

Təhsilin dəyər olması özündə milli mədəni keyfiyyətləri (dili, mentaliteti, milli bayramları, adət-ənənələri) ehtiva etməsi zəruri xüsusiyyət kimi açıqlanmalı, məktəbin nailiyyətlərini ifadə edən zəruri şərt kimi onun izahı verilməlidir. Şagirdlərin əldə etdikləri irəliləyişlərdə onun mühüm göstərici kimi rolu xüsusi qeyd edilməlidir. Sistem kimi təhsilin mahiyyətinin açıqlanması zamanı onun fəlsəfi parametrlərindən, mahiyyət və məzmunundan , mərhələlərindən, formalarından söhbət açılmalıdır.

Layihə

 

 

 

Azərbaycan

Respublikasının

təlim digər dillərdə

olan ümumtəhsil

məktəbləri üçün Azərbaycan dili

fənni kurikulumu

(V-XI siniflər)

 

Təhsil pillələri üzrə

təlim nəticələri